Slimfit
  1. TARİX

Pəriqala

Pəriqala
Sakura

Pəriqala — Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində yerləşən qədim qala

Pəriqala — Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində yerləşən qədim qala. İlkin görünüşü saxlanaraq dövrümüzə qədər gəlib çata bilmişdir.

Qala strateji baxımdan çox mükəmməl yerdə tikilmişdir.Qalaya sıldırım qaya yolları ilə yalnız bir yol gedir. Qalanın dəqiq tikilmə tarixi bəlli deyil. Ancaq tikilmə üslubuna görə tədqiqatçılar qalanın Qafqaz Albaniyasıdövründə inşa edildiyini güman edirlər.

Tarixən bir çox xalqlar yadellilərin hücumundan qorunmaq üçün yaşadıqları ərazinin ətrafına sədd çəkmişlər. Azərbaycanın müxtəlif bölgələrində də müdafiə məqsədilə tikilmiş sədlərə - istehkam qalalarına və ya onların qalıqlarına rast gəlmək olar. Dağ və ya qaya zirvələrində yerləşən bu qalalar düşməni uzaqdan görə bilmək üçün inşa edilirdi. Şəhərə gələn yolları nəzarətdə saxlamaq və düşmən həmlələrini dəf etmək üçün qala divarları üzərində bürclər tikilirdi. Qalanın giriş qapıları daim keşikçilər tərəfindən qorunurdu. Azərbaycanda yalnız dağlıq ərazilərdə deyil, həm də dənizə yaxın yerlərdə tikilmiş qalalar var. Belə qalalara misal olaraq 12-14-cü əsrlərdə Abşeronun kəndlərində tikilən Mərdəkan qalasını, Nardaran qalasını,Şağan qalasını, 16-cı əsrə aid Ramana qalasını göstərmək olar.

Bu qalalar Xəzər dənizi tərəfdən hücumların qarşısını almaq üçün tikilirdi. Vaxtilə Bakı yaxınlığında Bayıl qalası da mövcud olmuşdur. Lakin dəniz səviyyəsinin qalxması ilə əlaqədar bu qala suyun altında qalmışdır.Əsrlər boyu bir çox yadelli basqınlarına sinə gərən qalalar tariximizin gözəl yadigarları, qeyrət, namus, azadlıq, əbədiyyət rəmzidir. Zaqatala rayonunun Yuxarı Çardaqlar kəndinin yaxınlığında yerləşən Pəri qalası Azərbaycanın qeyri-adi qalalarından biridir. Azərbaycan qalaları - Pəri qalası Qala strateji baxımdan çox mükəmməl yerdə tikilmişdir. Qalanın dəqiq tikilmə tarixi bəlli deyil. Ancaq tikilmə üslubuna görə tədqiqatçılar qalanın Qafqaz Albaniyası dövründə inşa edildiyini güman edirlər. "Qala"dedikdə ilk olaraq təsəvvürümüzdə dörd tərəfdən qala divarları ilə əhatə olunmuş qəsr canlanır.

Lakin Pəri qalası tamam başqa memarlıq üslubuna malikdir. Bu qalanı eramızın 4-cü əsrində qaya daşlarını çaparaq tikmişlər. Bu qalanın təyinatı haqqında müxtəlif mülahizələr vardır. Qala elə bir mövqedə yerləşmişdir ki, əraziyə gələn bütün yollar qaladan aydın görünür. Ehtimal olunur ki, düşmən ordusunun yaxınlaşdığını görən gözətçilər dərhal elin gəlin və qızlarını, uşaqları bu qalaya qaldırar, düşmən getmədən aşağı endirməzdilər. Əfsanəyə görə qalanın adı da elə bununla bağlı olmuşdur: elin pərilərini - qızlarını qoruyan qala. Azərbaycan qalaları - Pəri qalası Pəri qala ilə əlaqədar bir çox əfsanələr var.

Başqa əfsanədə isə qeyd olunur ki, Teymurləng 14-cü əsrin axırlarında bu əraziyə hücum edəndə ona qalanın alınmaz olması haqqında məlumat verirlər. Qalaya isə Pəri adlı qızın başçılıq etdiyi bildirilib. Bu zaman Teymurləng qalanın hücumuna şəxsən özünün rəhbərlik edəcəyini və həmin qadını da özünün xanımı edəcəyini elan edir. Qalaya hücum zamanı Pəri ələ keçəcəyini gördükdə özünü qayadan atır. Elə o zamandan da qala Pəri qala adı ilə tanınır.Müasir dövrdə də Pəri qalası yerli əhalinin ən çox fəxr etdiyi tarixi abidədir.Bu qalanın təyinatı haqqında müxtəlif mülahizələr də vardır

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR