Dərc edildi: Baxış sayı: 264
Perinatal Mərkəzdəki körpələrin bir hissəsi “Yeni Klinika”ya köçürülüb
Yanğın baş verən Perinatal Mərkəzdən 16 yenidoğulmuş “Yeni Klinika”ya köçürülüb.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu “Yeni Klinika”nın Neonatologiya Şöbəsinin müdiri Əkbər Quliyev deyib.
O bildirib ki, yanğından təxliyə olunan beş hamilə, doqquz zahı və 16 yenidoğulmuş “Yeni Klinika”nın müvafiq şöbəsinə yerləşdirilib:
“Vəziyyətləri stabildir, lazımi müdaxilə edilib. Perinatal Mərkəzin həkimləri ilə əlaqə saxlanılır və uşaqlara hansı müalicələr aparılıbsa, eyni müalicə protokolları davam etdiriləcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət