Pepsi haqqında bilmədiyiniz - Qeyri - adi faktlar
Bir neçə gün əvvəl 135 illiyini qeyd edən Pepsi – nin tarixinə gəlin, birlikdə nəzər salaq.
“Brad-in içkisi”
Şimali Karolinalı əczaçı Caleb Davis Bradham, 1893 – cü ildə “Brad-in içkisi” adını verdiyi içkini öz əczəxanasında satmağa başlayır. İçkinin dispepsiyaya (həzm etməmə halı) yaxşı təsir göstərdiyinə inana Bradham, 5 il sonra içkiyə Pepsi-Cola adını verir. Hətta 1898 – ci ildə satışa çıxarılan yeni Pepsi-Cola – nın formuluna həzm prosesini asanlaşdıran “pepsin” fermenti və “vanilin” də qatılır.
Loqosu 11 dəfə dəyişib
Marka öz loqosunu 11 dəfə dəyişib. Orjinal Pepsi-Cola yazısı bir neçə kiçik dəyişiklik edildikdən sonra 1950 – ci illərə qədər istifadə edilir. 1962 – ci ildə isə “Cola” ifadəsi artıq tarixə çevrilir. Markanın loqosu son dəfə 2008 – ci ildə yenilənib.
Yük maşını ilə ilk içki satışı
Pepsi şirkəti 135 illik tarixi ərzində bir çox yeniliyə imza atıb. Paylanılmasında at arabası əvəzinə mühərrikli nəqliyyat vasitəsindən istifadə edən ilk içki şirkəti Pepsi idi. 1908 – ci ildə başlayan yük maşını ilə paylanma məhsulun daha geniş bazarlara çatmasını təmin edirdi.
Plastik butulkadan istifadə edən ilk marka
1970 – ci illərdə ixtira olunan plastik butulkadan istifadə edən ilk şirkət də yenə Pepsi oldu. Qırılmayan, içkilərin keyfiyyətini korlamayan və daha çox maye tutumuna malik olan plastik butulkalar məhz Pepsi sayəsində içki sektorunun standartları arasına daxil edildi.
Tennis raketkası belə var
Pepsi dünyanın ən çox patentə sahib şirkətləri arasında yer alır. Şirkətin sahib olduğu 500-dən çox patent arasında içki sektorundan əlavə digər məhsullar da var. Bunlardan biri də tennis raketkasıdır. 1970 – ci illərin ortasında Pepsi, ənənəvi taxta çərçivə və neylon tor təbəqəsi əvəzinə sintetik materialdan hazırlanan ilk raketkanın patent hüququnu alır.
Lobyalı Pepsi
Pepsi dünyanın bir çox ölkəsində yerli dadların daxil edildiyi müxtəlif formullarla istehlakçıların istifadəsinə verilir. Ən qeyri-adi dadlar isə Yaponiyadadır! Yaponların çox sevdiyi adzuki lobyası, çiyələkli süd, xiyar, baobab ağacınının meyvəsi, yogurt və duzlu qarpız kimi dadlar da Pepsi formuluna daxil edilib.
Sovetlər İttifaqının tək kolası idi
Pepsi süqutuna qədər Sovetlər İttifaqında istehsal edilən və satılan yeganə kola markası idi. 1959 – cu ildə Moskvadakı bir sərgini, SSRİ Nazirlər Sovetinin sədri Nikita Xruşşov ilə birlikdə ziyarət edən Amerika prezidenti Riçard Nikson, rus həmkarını Pepsi-Cola nın dadına baxmağa razı salır. Pepsi ilə Sovetlər İttifaqının təması bu tarixdə başlayır və Rusiyadakı ilk Pepsi-Cola fabriki 1972- ci ildə açılır.
Gələcəyə qayıtdıq!
“Gələcəyə qayıdış” silsiləsinin 1989 – cu ildə tamaşaçılara təqdim edilən 2 – ci filmində 2015 – ci ilə səfər edən qəhrəmanımız Marty gənclərin “Pepsi Next” və “Pepsi Perfect” içdiklərini görür. Sonradan Pepsi bu xəyali iki markaya qısa müddətlik də olsa, həyat verir. Pepsi Next 2013-2015 – ci illər arasında bazarda öz yerini alır. Pepsi Perfect isə 2015 – ci ildə məhdud sayda kolleksiya nümunəsi kimi bazara çıxarılır.
Mənbə: Fed.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət