Dərc edildi: Baxış sayı: 439
Pep Qvardiola karyerasının ən uğursuz startına imza atıb
İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola antirekorda imza atıb.
APA-nın məlumatına görə, ispaniyalı mütəxəssisin yetirmələri Premyer Liqanın 12 turundan sonra 25 xal toplayıb.
Bu, P.Qvardiolanın karyerasında ən aşağı göstəricidir. 2008-12-ci illərdə İspaniyada “Barselona”, 2013-16-cı illərdə Almaniyada “Bavariya” və 2016-cı ildən indiki klubunu çalışdıran mütəxəssisin komandaları heç vaxt ilk 12 turda belə az xal toplamayıb.
Qeyd edək ki, XII turda “Liverpul”a 1:3 hesabı ilə uduzan “Mançester Siti” 4-cü pillədə qərarlaşıb və liderdən 9 xal geri qalır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət