Dərc edildi: Baxış sayı: 243
Pentaqon İraqda İranın dəstəklədiyi qruplaşmanın obyektlərinə aviazərbələr endirib
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ ordusunun şiə qruplaşması “Kətaib Hizbullah”ın hədəflərinə aviazərbələr endirdiyini təsdiqləyib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının rəsmi “X” hesabında məlumat verilib.
Aviazərbələrin ABŞ-ın İraqın Anbar əyalətində yerləşən Ayn əl-Əsəd hərbi bazasına hücuma cavab olaraq həyata keçirildiyi qeyd edilib.
Vurğulanıb ki, əsas hədəf “Kətaib Hizbullah”ın qərargahı və təlim bazaları olub.
Qeyd edək ki, sonuncu dəfə İraqda, Ayn əl-Əsəddəki aviabazasına güclü raket hücumu nəticəsində Birləşmiş Ştatların bir neçə hərbçisi yaralanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət