Slimfit
  1. İQTİSADİYYAT

Pensiyaların köçürülməsi haqqında SMS bildiriş – Beynəlxalq Bankla ƏƏSMN arasında danışıqlar aparılır

Pensiyaların köçürülməsi haqqında SMS bildiriş – Beynəlxalq Bankla ƏƏSMN arasında danışıqlar aparılır
Sakura

Pensiyaların köçürülməsi haqqında SMS bildiriş – Beynəlxalq Bankla ƏƏSMN arasında danışıqlar aparılır

Vətəndaşlar pensiya və müavinət vəsaitlərinin karta köçürülməsini SMS funksionallığı vasitəsilə öyrənə biləcəklər.

 TED.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov deyib.

 Kənan Əkpərov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müavinət və pensiya ödənişlərini müxtəlif banklar vasitəsilə həyata keçirir: "Burada Azərbaycan Beynəlxalq Bankı və Kapital Bank əsas iştirakçılardır. Bəzən vətəndaşlar ödənişlərin kartlarına köçürülməsini öyrənmək üçün çağrı mərkəzlərinə zəng edirlər. Hazırda bu xidmət Kapital Bank tərəfindən SMS info funksionallıq formasında təqdim edilir. Pensiya və sosial təminatları Kapital Bank vasitəsilə alan vətəndaşlar bu xidmətə pulsuz şəkildə qoşula bilərlər".

 Şöbə müdiri qeyd edib ki, vətəndaşlar sözügedən xidmətdən istifadə etmək üçün bankomatlara yaxınlaşıb öz telefon nömrələrini əlavə edə bilərlər: "Nazirlik də öz növbəsində sistemdə müəyyən edə bildiyi nömrələri banka təqdim edəcək. Yaxud da SMS infoya bankın çağrı mərkəzinə zəng edərək də qoşulmaq mümkündür".

 Kənan Əkpərov hazırda Azərbaycan Beynəlxalq Bankı və ƏƏSMN arasında SMS infonun tətbiqi istiqamətində danışıqlar aparıldığını da vurğuladı.

 "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çalışır ki, Azəricard xidmətindən istifadə edən şəxslərə nazirliyin təqdim etdiyi xidmətlər proaktiv şəkildə aparılsın. ƏƏSMN sözügedən SMS info xidmətini növbəti ildən etibarən E-sosial müavinət tətbiqi üzərində də işlədəcək", – deyə şöbə müdiri əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR