Slimfit
  1. İQTİSADİYYAT

Pensiyalar daha çox artırıla bilər – Ekspert

Pensiyalar daha çox artırıla bilər – Ekspert
Sakura

Pensiyalar daha çox artırıla bilər – Ekspert

2019-cu il üçün ehtiyac meyarının həddi artırılmalıdır. Ünvanlı sosial yardımın əhatə dairəsi genişləndirilməlidir.

Axar.az xəbər verir ki, bu təkliflə iqtisadçı ekspert Qubad İbadoğlu çıxış edib. O bildirib ki, “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik təsdiq olunduğu üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən edilib:

“Bu o deməkdir ki, oktyabrın 1-dən sonra təyin edilən əmək pensiyasının məbləği 200 manatdan az olmalı deyil. Bu il ərzində minimum əmək haqqının 130 manatdan 250 manata çatdırılması bəzi sahibkarların və torpaq mülkiyyətçilərinin sosial sığorta ödənişlərinin məbləğində artımı şərtləndirib. Bunun nəticəsində də bu ilin 6 ayı ərzində məcburi sosial sığorta və işsizlikdən sığorta üzrə daxilolmalar 116 faiz icra olunub və bu mənbədən 1 milyard 321 milyon manat vəsait toplanıb. Belə olan halda minimum pensiyalar daha çox artırıla və minimum əmək haqqı səviyyəsinə çatdırıla bilər. Əslində, minimum əmək haqqı və minimum pensiyanın təyin edilməsi üçün əsas əmək qabiliyyətli əhali və pensiyaçılar qrupu üçün yaşayış minimumunun gerçək dəyəri olmalıdır. Alternativ hesablamalara görə, 2019-cu il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün təsdiq olunmuş 191 manata qarşı 264 manat, pensiyaçılar üçün 149 manata qarşı 238 manat, uşaqlar üçün 160 manata qarşı 251 manat təşkil edir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR