Slimfit
  1. DÜNYA

Pensiyalar artırıldı, vergilər azaldıldı - Türkiyədə koronavirus tədbirləri

Pensiyalar artırıldı, vergilər azaldıldı - Türkiyədə koronavirus tədbirləri
Sakura

Pensiyalar artırıldı, vergilər azaldıldı - Türkiyədə koronavirus tədbirləri

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çankayada koronavirusla bağlı dövlət rəsmiləri ilə iclas keçirib.

Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, toplantıdan sonra Ərdoğan Türkiyə xalqına müraciət ünvanlayıb. Müraciətdə görüləcək 100 milyard lirəlik paketi nəzərdə tutan iqtisadi tədbirlər açıqlanıb:

1)  Pərakəndə satış, ticarət mərkəzləri, dəmir-polad, avtomobil, logistika-nəqliyyat, kino-teatr, yerləşmə, qida məhsulları, toxuculuq geyimləri və təşkilati sektorlar üçün aprel, may və iyun aylarında nəzərdə tutulan ƏDV vergisi 6 ay təxirə salınır.

2)  Yaşayış vergisi noyabr ayınadək tətbiq olunmayacaq.

3)  Otel kirayəsi üçün gəlir payı ödəmələrini 6 ay təxirə salırıq.

4) Daxili aviadaşımalarda 3 ay müddətinə ƏDV-ni 18%-dən 1%-ə endiririk.

5) Covid-19 virusu səbəbindən nəğd gəlirləri pozulan firmaların banklara olan kredit borclarını 3 ay müddətinə təxirə salırıq və lazım gələrsə, onlara əlavə maliyyə dəstəyini təmin edəcəyik.

6) İxracatda müvəqqəti ləngimə zamanı imklanlardan istifadə nisbətini qorumaq üçün ixracatçıya inventar maliyyələşdirmə dəstəyi verəcəyik.

7) Bu dönəmdə azad sahibkarların “Xalqbank”a olan kredit borcları aprel, may və iyun ayları üçün faiz ödəmələrini 2 ay müddətinə, əlavə faiz olmadan təxirə salacağıq.

8) Kredit Zəmanət Fondunun limitini 25 milyard lirədən 50 milyard lirəyədək artıracağıq.

9) Vətəndaşlarımız üçün uyğun və avantajlı şərtlərlə sosial məqsədli kredit paketləri ayıracağıq.

10) Minimum əmək haqqı dəstəyini davam etdirəcəyik.

11) Uzaqdan işləmə modellərini təkmilləşdirəcək, fəaliyyətində fasilə yaranan işçilərə müvəqqəti gəlir dəstəyi verəcək, bununla da işverənlərin maliyyə yükünü azaltmış olacağıq.

12) Minimum pensiya məbləğini 1500 lirəyə yüksəldirik.

13) Pensionerlərin bayram bonuslarını aprelin əvvəlində ödəyəcəyik. Həmin məbləğ birbaşa təqaüdçülərin bank hesabına yatırılacaq.

14) Ehtiyacı olan ailələlər yardım üçün əlavə olaraq 2 milyard lirəlik vəsait ayırırıq.

15) Məşğulluğun davamı üçün 2 aylıq əvəzetmə iş müddətini 4 ayadək artırırıq.

16) Tək yaşayan 80 yaşdan yuxarı qocalar üçün social xidmət və evdə tibbi xidmətdən ibarət dövri izləmə proqramını başladırıq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR