Pensiyaçı pulunu kartında nə qədər müddətdə saxlaya bilər? - Nazirlikdən açıqlama
Pensiyaçının bank hesabına köçürülmüş vəsaitin idarə olunması pensiyaçının səlahiyyətindədir və pensiyaçının həmin vəsaiti kartlarında nə qədər müddətə saxlamasına məhdudiyyət qoyulmayıb.
Ens.az Modern.az-a istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.
R.Mehdilinin sözlərinə görə, yəni pensiyaçı öz vəsaitini istədiyi vaxt çıxara bilər.
O qeyd edib ki, DSMF tərəfindən pensiyaçının hesabına köçürülən sosial ödənişlərin, o cümlədən pensiya vəsaitlərinin saxlandığı bank hesablarının elektron hücumlardan qorunması da təmin edilir:
“Pensiya kartlarını pensiyaçılara təqdim edən ödəniş müəssisələri (banklar) qanunveriiliklə müyyən edilmiş vəzifələrinə uyğun olaraq bunu təmin edirir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət