Slimfit
  1. CƏMİYYƏT

Pensiya yaşı azaldılır? Qadınlar neçə yaşında pensiyaya çıxacaqlar?

Pensiya yaşı azaldılır? Qadınlar neçə yaşında pensiyaya çıxacaqlar?
Sakura

Pensiya yaşı azaldılır? Qadınlar neçə yaşında pensiyaya çıxacaqlar?

İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombusmanın) 2022-ci il məruzəsində yer alan çoxsaylı təkliflərdən biri də qadınların pensiya yaşının azalması ilə bağlıdır. Elə məhz bu məsələ ilə bağlı çoxsaylı suallara cavab olaraq bildirmək istərdik ki, pensiya yaşının dəyişdirilməsi müzakirə edilən məsələlərdəndir. Biz də ötən il Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin iclasında xanımlar üçün pensiya yaşının 65 deyil, 63 müəyyənləşdirilməsinin maliyyə əsaslandırılmasının hazırlanması təklifini irəli sürmüşük. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu islahatın reallaşacağı halda maliyyə yükünün hesablanması həyata keçirilməsini və ona uyğun müzakirələrin davam etdirilməsini təklif etmişdik.

Ens.az yenipress.az-a istinadən xəbər verir ki,  bu sözləri iqtisadçı, deputat Vüqar Bayramov qeyd edib.

"Nəzərə almaq lazımdır ki, qadınlar sosial baxımdan dəstəyə daha çox ehtiyacı olan vətəndaşlarımızdır. Xüsusilə pensiya yaşında onların sosial təminatının gücləndirilməsi daha prioritetdir. Qadınlar və kişilər arasında pensiya yaşında fərqlər bir sıra ölkələrdə də var. Məsələn Avstriyada kişilər üçün pensiya yaşı 65 olsa da, qadınlar üçün 60-dır. Uyğun olaraq Macarıstanda 64.5 və 62, İsveçrədə 65 və 64, Xorvatiyada 65 və 62.5 və s. Odur ki, Azərbaycanda da oxşar qaydanın tətbiqi məqsədəuyğun olardı.  Bu baxımdan, maliyyə yükünə uyğun olaraq bu istiqamətdə islahatlar davam etdirilməlidir. Bu təklifin maliyyə əsaslandırılması hazırlandıqdan sonra konkret müzakirələrin davam etdirilməsi mümkündür", - deyə o bildirib.

Mövzu ilə bağlı video material ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR