Slimfit
  1. AZƏRBAYCAN

Pensiya hüququ yaransın deyə uşağı nənə-babaya övladlığa vermək olarmı? - Qanun

Pensiya hüququ yaransın deyə uşağı nənə-babaya övladlığa vermək olarmı? - Qanun
Sakura

Pensiya hüququ yaransın deyə uşağı nənə-babaya övladlığa vermək olarmı? - Qanun

Bəzi ailələr ata və anasının ölümündən sonra pensiyasını hələ də almaq məqsədi ilə övladını baba və ya nənəsinə övladlıq kimi verir. Qanunla bu hal qadağan olunmur. Lakin xüsusi məqsəd güdən bu əməlin perspektivi nə dərəcədə real görünür.

Femida.az xəbər verir ki, Ailə Məcəlləsinin 89-cu maddəsinə görə, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi var. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.

Məcəllənin 90-cı maddəsinə əsasə, nəvələrin baba və nənəni saxlamaq vəzifəsi var. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan baba və nənə saxlanmaq üçün yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) maddi yardım ala bilmədikdə, zəruri vəsaitə malik nəvələrdən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər.

Daha bir maraqlı məqam isə valideynin uşağını baba və nənənsinin himayəsinə keçirməsidir. Əslində qanun buna icazə versə də, reallıqda çətin prosesdir. Çünki məhkəmədə nənə-babanın uşağı saxlayacaq imkanda olmasını sübut etmək çətindir.

Ailə Məcəlləsində övladığa götürülmə prosedurları qeyd edilib. Lakin bu sırf pensiya hüququ yaransın deyə edilirsə, məhkəmə bu iddianı təmin etmir. Ali Məhkəmənin də müvafiq plenium qərarı var.

Valideyn qayğısı ilə əhatə olunmuş, valideynlərin, qardaş və bacılarının, doğmalarının əhatəsində olan uşaqların övladlığa götürülməsi ilə bağlı müraciətlərə baxılarkən ərizəçinin və uşağın valideynlərinin əsl məqsədinin aşkar edilməsinə xüsusi diqqət yetirilməli, təqaüd yaşına çatmış və ya sağlamlıq vəziyyəti azyaşlı uşağın qayğısına qalmağı qeyri-mümkün edən və ya çətinləşdirən, həmçinin övladlığa götürənlə övladlığa götürülən arasında münasibətlər Ailə Məcəlləsi ilə tənzimlənildiyi (məsələn, baba və nənələrin nəvələrlə qarşılıqlı münasibətləri) və övladlığa götürülən valideyn qayğısı ilə əhatə olunduğu hallarda müraciətləri təmin edərkən övladlığa götürmənin formal xarakter daşımadığı, müəyyən maddi (məsələn, təqaüd yaşına çatmış şəxs öldükdən sonra övladlığa götürülmüş nəvənin ailə başçısını itirməyə görə pensiya alması ) və sair maraqlar naminə həyata keçirilmədiyinə əmin olmalıdır.

Adətən məhkəmə uşağın gələcəkdə baba və ya nənəsinin təqaüdünü almaq ehtimalı olduğunu əsas göstərib uşağın övladlığa verilməsinə dair tələbləri rədd edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR