Slimfit
  1. DÜNYA

Pens açıqladı: Tramp Ərdoğana zəng etdi

Pens açıqladı: Tramp Ərdoğana zəng etdi
Sakura

Pens açıqladı: Tramp Ərdoğana zəng etdi

ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng edib və ondan Suriyadakı əməliyyatı dərhal dayandırmasını tələb edib.

Axar.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Mayk Pens deyib. Onun sözlərinə görə, ABŞ Türkiyəyə Suriyaya müdaxilə üçün “yaşıl işıq” yandırmayıb.

Pens ABŞ-ın bundan sonra da Türkiyənin Suriyaya müdaxiləsinə dözümlü yanaşmayacağını bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ Türkiyənin üç nazirinə və iki nazirliyinə sanksiya tətbiq edib. Vaşinqton “Sülh çeşməsi”nin dayanmayacağı halda Türkiyə poladı üçün gömrük rüsumlarını 50% qaldıracağını bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünəndən etibarən Bakıda səfərdədir. O, Azərbaycana Türk Şurasının zirvə toplantısında iştirak üçün gəlib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR