Slimfit
  1. CƏMİYYƏT

Penitensiar Xidmətdən Azərbaycandakı cəzaçəkmə müəssisələrində koronavirusun yayılması ilə bağlı açıqlama

Penitensiar Xidmətdən Azərbaycandakı cəzaçəkmə müəssisələrində koronavirusun yayılması ilə bağlı açıqlama
Sakura

Penitensiar Xidmətdən Azərbaycandakı cəzaçəkmə müəssisələrində koronavirusun yayılması ilə bağlı açıqlama

Azərbaycanda 33 məhbusda yeni növ koronavirusa (COVID-19) yoluxma aşkar edilib. Bununla bağlı 13 saylı Cəzaçəkmə Müəssisəsi də daxil olmaqla, həbsxanalardakı işçilərdən və məhkumlardan testlər götürülüb.

“Məhkumlar dərhal Penitensiar Xidmətin ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilib, onların müalicəsi üçün tədbirlər görülür, hazırda həkimlərin nəzarətindədirlər”, - deyə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov Media.Az-a bildirib.

Onun sözlərinə görə, epidemiyanın yayılması kontekstində məhkumlarla qohumları arasında görüşlər qadağandır. Video görüşlərə gəlincə, bunlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayıb.

Xatırladaq ki, xüsusi karantin rejiminin tələblərinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq, Penitensiar və tibbi xidmətlər gücləndirilmiş iş rejiminə keçirilib.

Penitensiar Xidmətin nümayəndəsi COVİD-19-un cəzaçəkmə müəssisələrində necə yayılması ilə bağlı suala cavab verməkdə çətinlik çəkib.

Bununla belə, o, həbsxanalarda pandemiyanın yayılmasının qarşısını almaq üçün dezinfeksiya və digər profilaktik tədbirlərin davam etdiyini vurğulayıb.

“Hər gün məhkumların temperaturu ölçülür. Əgər onlardan biri özünü pis hiss edirsə, narahatdırsa və ya xəstəliyin hər hansı ilkin əlamətləri varsa, o, dərhal təcrid olunur və müalicəyə göndərilir”, - deyə M.Sadıqov bildirib.

O, məhkumların adi həyatlarına davam etdiyini, yalnız görüş və  bağlama qəbulunun məhdudlaşdırıldığını vurğulayıb.

M.Sadıqov bununla belə, gəzməyə icazə verildiyini qeyd edib.

“Məhkumlara pul ötürülməsinə gəldikdə, hər bir məhkumun öz bank hesabı var, buradan müəyyən məbləğ köçürmək mümkündür. Sonradan onlar bunu hər bir müəssisədə olan köşklərdə xərcləyə bilərlər. Məsələn, zəruri ehtiyaclarını ala bilərlər”, - deyə Mehman Sadıqov sözlərini yekunlaşdırıb.

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR