Slimfit
  1. AZƏRBAYCAN

Penitensiar xidmətdə hamilik işinin təşkili haqqında təlimat təsdiqlənib

Penitensiar xidmətdə hamilik işinin təşkili haqqında təlimat təsdiqlənib
Sakura

Penitensiar xidmətdə hamilik işinin təşkili haqqında təlimat təsdiqlənib

Ədliyyə Nazirliyi “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətdə hamilik işinin təşkili haqqında təlimat”ı təsdiq edib.

Report” xəbər verir ki, bununla bağlı qərarı ədliyyə naziri Fikrət Məmmədov imzalayıb.

Bu təlimat Ədliyyə Nazirliyinin Penitensiar xidməti üçün kadrların hazırlanması sistemində hamilik institutunun məqsədini, vəzifəsini və həyata keçirilmə qaydasını müəyyən edir.

Hamilik işi, xidməti vəzifələrini müstəqil yerinə yetirməyə qadir olan əməkdaşların hazırlanması ilə bağlı Penitensiar xidmətin idarə və şöbələrinin, penitensiar müəssisələrinin və digər struktur qurumlarının (bundan sonra – struktur qurumlar) rəhbərlərinin, eləcə də təcrübəli əməkdaşlarının məqsədyönlü fəaliyyətindən ibarətdir.

Hamiliyin vəzifələri aşağıdakılardır:

1. ədliyyə orqanlarında xidmətə marağın inkişaf etdirilməsi,

2. peşə biliyinin, bacarıq və vərdişlərin formalaşdırılması və inkişafı,

3. xidmət şəraitinə uyğunlaşmağa köməklik göstərilməsi,

4. Ədliyyə orqanları işçilərinin etik davranış Qaydalarına uyğun olan xidməti davranış vərdişlərinin, fəal vətəndaş və həyat mövqeyinin, xidmətə məsuliyyətli münasibətin formalaşdırılması,

5. cəzaların icrası qanunvericiliyinin və digər normativ hüquqi aktların öyrənilməsi,

6. xidməti vəzifələrin yerinə yetirilməsi zamanı meydana çıxan çətinliklərin aradan qaldırılmasına mənəvi və psixoloji dəstək verilməsi,

7. ədliyyə orqanlarının, eləcə də müvafiq xidmət sahəsinin tarixinin və ənənələrinin öyrənilməsi.

Hamilik işi struktur qurumların rəhbərlərinin, barəsində hami təyin olunanların, tərbiyəvi işi, psixoloji təminatı və peşə hazırlığının təşkilini həyata keçirən əməkdaşların qarşılıqlı fəaliyyəti əsasında təşkil edilir.

Hami aşağıdakı əməkdaşlara təyin olunur:

1. struktur qurumlarda sıravi, kiçik və orta rəis heyəti vəzifələrində xidmətə ilk dəfə qəbul edilən şəxslərə,

2. sıravi və kiçik rəis heyəti vəzifəsindən orta rəis heyəti vəzifəsinə irəli çəkilən əməkdaşlara,

3. digər yeni xidmət sahəsinə keçirilmiş əməkdaşlara (xidməti vəzifənin icrası əlavə bilik və praktiki vərdişlər tələb etdikdə).

Hamilik altı ay müddətinə müəyyən olunur.

Hami əməkdaşın xidmət etdiyi qurumda müvafiq sahədə xidmət aparan, kifayət qədər peşə təcrübəsinə malik, kollektivdə nüfuzu olan əməkdaşlar sırasından təyin edilir.

Xidməti fəaliyyətin xüsusiyyətlərindən asılı olaraq bir nəfər eyni vaxtda bir neçə əməkdaşa hami təyin oluna bilər.

Əməkdaşlara hami təyin edilərkən aidiyyəti xidmət rəhbərinin rəyi nəzərə alınır.

Əməkdaşa vəzifəsinin icrasına başladığı andan beş iş günü müddətində struktur qurum rəhbərinin əmri ilə hami təyin edilir.

Hamiliyin təşkilinə görə struktur qurum rəhbərinin müavini və aidiyyəti xidmət rəhbəri məsuliyyət daşıyır. Struktur qurumda müavin ştatı olmadıqda hamiliyin təşkilinə görə məsuliyyəti aidiyyəti xidmət rəhbəri, aidiyyəti xidmət rəhbəri ştatı olmadıqda baş inspektor, baş inspektor ştatı olmadıqda isə böyük inspektor daşıyır.

Hamiliyin təşkilinə bilavasitə rəhbərlik və nəzarət struktur qurum rəhbərinin müavini tərəfindən həyata keçirilir.

Hamiliyin təşkilində struktur qurum rəhbərinin müavininin vəzifələri aşağıdakılardır:

1. hamilər tərəfindən fərdi tərbiyəvi işin forma və üsullarının öyrənilməsini təşkil etmək,

2. əməkdaşla təlim-tərbiyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsində hamilərə təşkilati-metodiki köməklik göstərmək,

3. hamilərin hesabatlarını dinləmək, bu sahədə müsbət təcrübəni ümumiləşdirərək yayılmasını, fərdi tərbiyəvi işdə qabaqcıl forma və metodların tətbiqini təşkil etmək;

4. hamilik işinin təşkili vəziyyətinə dair məsələləri sistemli şəkildə müzakirələrə çıxarmaq,

5. “Ən yaxşı hami” peşə müsabiqəsində hamilərin iştirakını təmin etmək.

Hamiliyin təşkili ilə əlaqədar aidiyyəti xidmət rəhbərinin vəzifələri aşağıdakılardır:

1. yeni işə qəbul olunmuş əməkdaşı və ona təyin olunmuş hamini şəxsi heyətə təqdim etmək,

2. üzərinə düşən vəzifələrin həyata keçirilməsi ilə bağlı hamiyə lazımi şərait yaratmaq.

Hamilərin hüquqları aşağıdakılardır:

1. əməkdaşın şəxsi işi, onu xarakterizə edən digər sənədlərlə müəyyən edilmiş qaydada tanış olmaq,

2. əməkdaşın müvafiq xidmət sahəsində xidmət keçməsi ilə bağlı təklif vermək,

3. hamilik dövründə əməkdaşın mükafatlandırılması və ya barəsində intizam tənbehinin tətbiq edilməsi barədə təklif vermək,

4. hamilik müsbət nəticə vermədikdə, əməkdaşın işçi qabiliyyətini nəzərə alaraq, onun başqa xidmət sahəsində istifadə olunması üçün təkliflər vermək,

5. əməkdaşın attestasiyasında iştirak etmək.

Hamilərin vəzifələri aşağıdakılardır:

1. cəzaların icrası qanunvericiliyinin və digər hüquqi aktların tələblərini bilmək,

2. əməkdaşla işin planlaşdırılmasını həyata keçirmək,

3. əməkdaşın şəxsi keyfiyyətlərini, maraqlarını, həyat tərzini və davranışını öyrənmək,

4. xidməti vəzifələrin icrası ilə əlaqədar əməkdaşa hərtərəfli köməklik göstərmək, xidməti fəaliyyətdə yol verilən nöqsanları vaxtında aşkarlayıb aradan qaldırmaq üçün tədbirlər görmək,

5. əməkdaşda vəzifə borcuna məsuliyyət və vicdanla yanaşmasına, xidmət apardığı qurumun xidməti ənənələrinə hörmət hissinin, yüksək peşəkarlığın və mənəvi-psixoloji keyfiyyətlərin formalaşmasına köməklik göstərmək,

6. qanunçuluğa və peşə etikası normalarına riayət olunması məsələlərində tələbkar və prinsipial olmaq,

7. əməkdaşa xidməti vəzifələrinin icrası ilə bağlı olan hüquqi aktların öyrənilməsinə dair tapşırıqlar vermək,

8. əməkdaşın apardığı xidməti sənədləşmənin düzgünlüyünü yoxlamaq, xidməti vəzifələrin yerinə yetirilməsi ilə bağlı məsləhətlər vermək,

9. əməkdaş ilə aparılan hamilik işinin nəticələrinə dair hesabat vermək, onun xidmətə və tutduğu vəzifəyə uyğunluğunun yoxlanılmasına dair rəyin hazırlanmasında iştirak etmək.

Hamilik işi əməkdaşın müstəqil xidməti fəaliyyətə hazırlığı üzrə hamilik müddətinə planlaşdırılır.

Hamilik müsbət nəticə vermədikdə, əməkdaşın hamilik müddəti üç ay uzadılır və ya onun başqa xidmət sahəsinə keçirilməsi barədə struktur qurumun rəhbəri tərəfindən Penitensiar xidmətin rəhbərliyi qarşısında vəsatət qaldırılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR