Slimfit
  1. DÜNYA

Pelosi Trampa qarşı prosesi başlatdı

Pelosi Trampa qarşı prosesi başlatdı
Sakura

Pelosi Trampa qarşı prosesi başlatdı

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Prezident Donald Trampın impiçmenti üçün əsas olub-olmaması ilə bağlı prosedurun başladıldığını elan edib.

Axar.az xəbər verir ki, Pelosi bu məlumatı telemüraciəti zamanı söyləyib.

“Mən Nümayəndələr Palatasının impiçmentlə bağlı rəsmi araşdırma başlatdığını elan edirəm”, – deyə o bildirib.

Tramp artıq məsələ ilə bağlı bəyanat yayıb. O, baş verənləri “cadugər ovu” adlandırıb və impiçment cəhdinin yalnız onun xeyrinə olacağını söyləyib.

 

Qeyd edək ki, impiçment üçün Nümayəndələr Palatasının yarısı, Senatın isə üçdə ikisi səs verməlidir. Hazırda Senatın əksəriyyəti respublikaçılardan ibarətdir ki, bu da Trampın impiçmentini az inandırıcı edir.

ABŞ tarixində impiçmentə üç cəhd olub. Bunlar Endryu Conson, Riçard Nikson və Bill Klintona qarşı həyata keçirilib. Belə ki, Conson və Klintona Senat tərəfindən bəraət verilib, Nikson isə könüllü şəkildə istefaya gedib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR