Slimfit
  1. DÜNYA

Pekinə təyyarə uçuşları bərpa olunur

Pekinə təyyarə uçuşları bərpa olunur
Sakura

Pekinə təyyarə uçuşları bərpa olunur

Sentyabrın 3-dən Pekin Beynəlxalq Hava limanı səkkiz ölkədən birbaşa təyyarə uçuşlarının qəbulunu bərpa edir.

Ens.az “Report”-a istinadən xəbər verir ki, həmin ölkələr arasında Tailand, Kamboca, Pakistan, Yunanıstan, Avstriya, Danimarka, İsveç və Kanadanın adı çəkilir.

Mart ayından Çin hökuməti koronavirusa qarşı tədbirlər çərçivəsində Pekinə gələn beynəlxalq uçuşları ölkənin bir sıra başqa şəhərlərinə yönəltmişdi.

Çin Mülki Aviasiya Administrasiyasından bildirilib ki, epidemioloji vəziyyət düzələndən sonra beynəlxalq uçuşlar mərhələli şəkildə paytaxt istiqamətinə qaytarılacaq. Bununla yanaşı, təyyarədə üçdən artıq sərnişində koronavirus testi müsbət çıxdığı təqdirdə nəzarət tədbirlərini artıracaqları açıqlanıb.

Xatırladaq ki, 12 mart tarixindən Çin hökuməti tərəfindən tətbiq edilən qaydaya görə, hər xarici ölkə ilə uçuşlar yalnız bir hava yolu şirkəti həftədə bir dəfə, yalnız bir hava limanına, həm də təyyarə yerlərinin 75 faizədək dolması şərtilə həyata keçirə bilərdi. İyunun 8-dən isə əcnəbi hava yolu şirkətlərinə müntəzəm uçuşlar üçün Çin tərəfinin təqdim etdiyi siyahıdakı hava limanlarından birini seçmək hüququ verildi.

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR