Slimfit
  1. MARAQLI

Pəhrizdəsinizsə, günə 4 ədəd qoz yeyin - “Bu çərəz kökəldir” deməklə səhv edirsiniz

Pəhrizdəsinizsə, günə 4 ədəd qoz yeyin - “Bu çərəz kökəldir” deməklə səhv edirsiniz
Sakura

Pəhrizdəsinizsə, günə 4 ədəd qoz yeyin - “Bu çərəz kökəldir” deməklə səhv edirsiniz

Amerika alimləri qozun faydalı xüsusiyyətləri mövzusunda unikal tədqiqat aparıblar. Məlum olub ki, yetərincə yağlı olan bu məhsul artıq çəkiyə qarşı səmərəli mübarizə aparır.
 
Medicina.az xəbər verir ki, qozun başlıca sirri onun iştahanı tənzimləmək bacarığındadır. Gündə cəmi bir neçə qram qoz yeyən insan yemək barədə az düşünür. Qoz baş-beyinə doyma barədə siqnal göndərir. Amerika alimlərinin gəldiyi qənaət könüllülərin iştirakı ilə keçirilən çoxsaylı eksperimentlərin nəticələrinə əsaslanıb. Tədqiqat zamanı könüllülər üzərində MRT (maqnit-rezonans tomoqrafiyası) müayinəsi aparılıb. MRT-nin nəticələri doyma impulslarının beyinə daxil olduğunu təsdiq edib. Məhz qoz yeyilən zaman beyin daha çox belə siqnal alıb. Eksperimentin birinci həftəsində könüllülərə qoz əlavə edilmiş, ikinci həftəsində qoz əlavə edilməmiş kokteyllər verilib. Məlum olub ki, onlar birinci həftə ilə müqayisədə ikinci həftə daha güclü aclıq hissi keçiriblər.
 
Alimlər qozun faydasını çoxdan öyrənirlər. Onlar müəyyən ediblər ki, qoz ovqatı yaxşılaşdırır, insultun və hətta onkologiyanın qarşısını alır.
 
Diyetoloqlar pəhriz saxlayan insanlara bir günə 3 və ya 4 ədəd qoz yeməyi məsləhət görürlər.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR