Dərc edildi: Baxış sayı: 539
Pedro Enrike rəsmən Türkiyə Super Liqasında
"Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike özünə yeni klub tapıb.
Qol.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçisi karyerasını karyerasını Türkiyədə - Super Liqa təmsilçisi "Kayserispor"da davam etdirəcək. Klub rəsmi saytı vasitəsi ilə 29 yaşlı futbolçunu 3 illik müqavilə ilə heyətinə qatdığını açıqlayıb. Bu transfer üçün Pedronun klubu PAOK-a 650 min avro təzminat ödənilib.
Pedro ötən mövsümü PAOK və "Astana"da keçirib, 20 oyuna 6 qol vurub, 1 assist edib.
Enrike 2017/18 mövsümünə icarə qaydasında "Qarabağ"da keçirib. O, "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində vurduğu ilk qolun müəllifi olub (“Roma” ilə matçda – 1:2).
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət