Slimfit
  1. AZƏRBAYCAN

Paytaxtdakı “MilliÖn” terminalları niyə işləmir? - AÇIQLAMA

Paytaxtdakı “MilliÖn” terminalları niyə işləmir? - AÇIQLAMA
Sakura

Paytaxtdakı “MilliÖn” terminalları niyə işləmir? - AÇIQLAMA

Bəzən sərnişinlər “BakıKart”a ödəniş edərkən pulun balansa yüklənmədiyindən gileylənirlər. Bu dəfə isə şikayət “MilliÖn” terminallarının işləməməsindəndir.

Bu barədə Oxu.Az-a sərnişinlər tərəfindən məlumat verilib.

Bildirilib ki, paytaxtın əksər istiqamətlərində, eləcə də metronun “Qara Qarayev” stansiyası yaxınlığında dayanacaqlarda quraşdırılan “MilliÖn” terminalları işləməyib.

Bəs terminallarda yaranan problemin səbəbi nədir?

Məsələyə aydınlıq gətirmək üçün “MilliÖn” şəbəkəsinin İctimaiyyətlə Əlaqələr və Müştəri Xidmətləri idarəsinin rəhbəri Ülviyyə Əfəndiyeva ilə əlaqə saxladıq.

Mövzu ilə əlaqədar Oxu.Az-a açıqlama verən Ülviyyə Əfəndiyeva sözügedən problemlərin yaşana biləcəyini qeyd edib:

“Ümumiyyətlə paytaxt ərazisində quraşdırılan “MilliÖn” terminalları ştat rejimində necə işləyirdisə, hazırda da o şəkildə çalışır. Texniki problemlər isə mövcud vəziyyətdən asılı olmayaraq, hər zaman yaşana bilər.  Bizim texniki şöbənin işçiləri 24 saat ərazilərdəki terminallara baxış keçirir.

Sistemli olaraq bütün terminallarımızın fəaliyyətini izləyə bilirik. Hər hansı problem yaranan zaman həmin an olmasa da, planlı şəkildə həmin məkanlara texniki dəstək göndərilir və mümkün qədər qısa zamanda problem aradan qaldırılır. Terminallarımızın günlərlə işləməməsi və ya texniki cəhətdən nasaz vəziyyətdə qalması mümkün deyil”.

Ü.Əfəndiyeva “Qara Qarayev” metrostansiyası yaxınlığında quraşdırılan “MilliÖn” terminallarının fəaliyyətində qısa müddətlik texniki problemin olduğunu təsdiq edib:

“Bildirmək istəyirəm ki, yaranan problem qısa müddət ərzində aradan qaldırılıb. Əməkdaşlarımız həftənin altı günü işləyir. Ola bilər ki, qeyri iş günləri (bazar günü) paytaxt ərazisində quraşdırılan “MilliÖn” terminallarından hər hansı birində problem yaransın. Bu, sistem vasitəsilə görünür və qeydə alınır. Həftənin ilk iş günü texniki şöbənin əməkdaşları ilk olaraq həmin ərazilərdəki terminallara baxış keçirərək, yaranan problemi aradan qaldırırlar”.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR