Slimfit
  1. CƏMİYYƏT

Paytaxtda yayılan qorxulu xəstəlik - qrip, yoxsa?

Paytaxtda yayılan qorxulu xəstəlik - qrip, yoxsa?
Sakura

Paytaxtda yayılan qorxulu xəstəlik - qrip, yoxsa?

Tanınmış həkim onun adını dedi və iki səbəb gətirdi; "Yaxşı olardı ki, immuniteti zəif olan insanlar vitamin həblər qəbul etsinlər...”
 
 Adəti üzrə payız mövsümü özü ilə bərabər bir çox xəstəliklər də gətirir. Havaların dəyişkən keçməsi nəticəsində həm böyüklər, həm də uşaqlar arasında öskürək, soyuqdəymə kimi xəstəliklərin yayılması artır. Xüsusən də son günlər güclü öskürəklə müşayiət olunan virusların da artdığı müşahidə olunmaqdadır. Bəs bu cür viruslardan özümüzü necə qoruyaq?

 Medicina.az xəbər  verir ki, mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla "Yeni Müsavat”a danışdı:

 "Payız mövsümü başlayanda adətən soyuqdəymə halları tez-tez baş verir. Doğrudur, payızın ilk ayı çox isti keçdi, bu da öz təsirini göstərir. Belə ki, hava müəyyən saatlarda isti olur, bir qədər keçdikdən sonra isə birdən-birə hava soyuyurdu. Beləliklə, insanlar  geyim məsələsindən çaşqın qalırdılar və havaya uyğun doğru geyim seçmirdilər. Seçilən geyim gün ərzində baş verəcək müəyyən temperaturlara uyğun olmalıdır.  

Digər tərəfdən, payız mövsümü başlayanda meyvə-tərəvəz azalır, immun sistemi nisbətən zəifləyir. Bu da ki, soyuqdəyməyə gətirib çıxarır. Bəziləri bunu qrip adlandırır, amma əslində tibbi adı kəskin respirator xəstəliyidir. Bu zaman boğazdakı viruslar aktivləşir və burun axması, öskürək, nəfəs yollarının qıcıqlanması, hərarətlə müşahidə olunur. Bu əlamətləri görəndə insanlar onu qrip adlandırır. Qeyd etdiyim kimi bu, qrip deyil. Adətən qrip infeksiyası olanda bütün dünya bu barədə məlumat verir".

Tanınmış həkim viruslardan qorunmağın yollarından da söz açdı: 

"Bir nəfər xəstələndisə, artıq virus yoluxdurma qabiliyyəti yüksək olduğu üçün başqalarına da keçir, xəstələnir. Tez-tez müşahidə edirik ki, mövsümi xəstəlik kimi xeyli insan xəstələnib. Ona görə də ictimai nəqliyyatda, əhalinin çox olduğu yerlərdə, bağçada, məktəbdə maska ilə gəzmək lazımdır ki, viruslara yoluxmayaq. Bəzən maskalara komplekslə yanaşırıq. Amma maskadan istifadə etmək vacibdir. Daha bir vacib məsələ, bir az öncə qeyd etdiyim kimi, geyimlərdir. Ayaqqabı, bədənin ümumi və alt geyiminə mütləq diqqət etmək lazımdır. Bu mövsümdə hava kəskin dəyişə bilir. Məlum olduğu kimi paytaxt Bakı küləkli şəhərdir. Bu məsələni də unutmaq olmaz. Qidalanmaya da diqqət etmək lazımdır. Yaxşı olardı ki, immuniteti zəif olanlar vitamin həblər qəbul etsin. Bronxial asması, ürək xəstəlikləri olan xəstələr vaxtaşırı həkimə müraciət etməli, xəstəliklərini nəzarətdə saxlamalıdırlar.

Həmçinin  bu mövsümdə mədə-bağırsaq xəstəlikləri kəskinləşir. Bununla bağlı vaxtında tədbirlər görmək lazımdır. Hər halda fəsil dəyişəndə buna hazır olmalıyıq".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR