Slimfit
  1. İDMAN

Paytaxtda batut və tamblinq üzrə Bakı Çempionatı və Birinciliyi keçirilir

Paytaxtda batut və tamblinq üzrə Bakı Çempionatı və Birinciliyi keçirilir
Sakura

Paytaxtda batut və tamblinq üzrə Bakı Çempionatı və Birinciliyi keçirilir

Bu gün Milli Gimnastika Arenasının köməkçi zalında batut gimnastikası üzrə 5-ci, tamblinq üzrə isə 17-ci Bakı Çempionatı və Birinciliyi start götürüb.

Oxu.Az-ın məlumatına görə, yarışlarda Bakı Gimnastika Məktəbi, Ocaq Sport Klubu və Neftçi İdman Klubunu təmsil edən ümumilikdə 66 gimnast iştirak edəcək.

Qeyd edək ki, iştirakçılar “balacalar”, “uşaqlar”, “yeniyetmələr”, “gənclər” və “böyüklər” yaş kateqoriyasında mübarizə aparacaqlar.

Batut üzərində tullanma yarışlarında idmançılar fərdi proqramlar üzrə (qadın, kişi) “balacalar” (2012-ci il),  “uşaqlar” ( 2009-2011), “yeniyetmələr” (2007-2008), “gənclər” ( 2003-2006) və “böyüklər”(2002-ci il və daha böyük) yaş qrupları üzrə iştirak edəcəklər. 

Akrobatik yolda tullanma yarışlarında qadın və kişi gimnastlar “uşaqlar” (2009-2011),  “yeniyetmələr”(2007-2008), “gənclər”( 2003-2006) və “böyüklər”(2002-ci il və daha böyük) yaş qrupları üzrə iştirak edəcəklər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR