Dərc edildi: Baxış sayı: 610
Paytaxt yollarında qaydasız piyadalar
Piyada yola çıxdısa, o da birbaşa olaraq hərəkət iştirakçısı sayılır və sürücü kimi onların da üzərinə müəyyən məsuliyyət düşür - bu qaydalara əməl etsinlər. Amma görünən odur ki, bu qaydalara əməl etməyənlər kifayət qədərdir.
Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.
Ərşad Hüseynov (EKSPERT): “Yol hərəkəti qaydalarına laqeyd yanaşmamalıdır. Səki ilə getməlidir, yol çiyni ilə getməlidir. Səki yoxdursa, bəzən belə də olur yol zəbt olunub, heç olmazsa, onun kənarı ilə getməlidir. Yolun bir tərəfindən bir tərəfinə piyada keçidindən keçməlidir”.
Sakin: “Piyada hər zaman haqlıdır. Amma yalnız olduğu nöqtələr də var. Keçid olmayan yerdən keçən piyadalar əsasən qəza şəraiti yaradır”.
Sakin: “Fikirli olmuşam, yoldan keçmişəm. Amma mən özüm də bilirəm ki, düz etmirəm. Çünki hansısa sürücünü bədbəxt edə bilərəm”
Öz canlarını heçə sayıb yolun hərəkət hissəsinə çıxan əksər piyadanın günahını sürücülər daşımalı olur. Ötən ilin statistikasına görə, piyadaların avtomobillərlə vurulması ümumi qəzaların 57 faizi təşkil edir.
Vaqif Əsədov (BŞBDPYİ-nin bölmə rəisi): “Hadisələri təhlil etdikdə sürücü diqqətsizliyi, əsas amillərdən biridirsə, piyada səhlankarlığı da hadisələrin baş verməsinə səbəb olur. YHH-da qanun 40-cı maddəsi piyadaların hüquq və vəzifələrini tənzimləyir ki, məhz bu maddələrin tələbləri piyadalar tərəfindən öyrənilməli və əməl edilməlidir”.
Amma əksər piyada unudur ki, onun günahı ilə nəticələnən yol nəqliyyat hadisəsinə görə, məsuliyətə də cəlb edilə bilər. Hadisənin ağırlıq dərəcəsinə görə, piyada inzibati və cinayət tərkibli əməlinə hüquqi qiymət verilə bilər.
Ərşad Hüseynov (Ekspert): “Piyadanın səhvi, piyadanın ciddi qayda pozuntusu, ölümlə nəticələnərsə, insanların ağır xəsarət almasına səbəb olarsa, CM-nin 267-ci maddəsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur”.
Vaqif Əsədov (BŞBDPYİ-nin bölmə rəisi): “Ötən 2019-cu il ərzində 13 piyada barəsində təsirli tədbirləri görülüb. Bugün də bu istiqamətdə işlər aparılır”.
Məsuliyyət cəza ilə yox, şüurlu davranışda, təmkinli hərəkətdə formalaşır. Piyada-sürücü münasibətləri həm də cəmiyyətimizin sağlamlığı deməkdir. Sağlam yaşamaq üçünsə, qaydalara əməl etmək lazımdır...
Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.
Ərşad Hüseynov (EKSPERT): “Yol hərəkəti qaydalarına laqeyd yanaşmamalıdır. Səki ilə getməlidir, yol çiyni ilə getməlidir. Səki yoxdursa, bəzən belə də olur yol zəbt olunub, heç olmazsa, onun kənarı ilə getməlidir. Yolun bir tərəfindən bir tərəfinə piyada keçidindən keçməlidir”.
Sakin: “Piyada hər zaman haqlıdır. Amma yalnız olduğu nöqtələr də var. Keçid olmayan yerdən keçən piyadalar əsasən qəza şəraiti yaradır”.
Sakin: “Fikirli olmuşam, yoldan keçmişəm. Amma mən özüm də bilirəm ki, düz etmirəm. Çünki hansısa sürücünü bədbəxt edə bilərəm”
Vaqif Əsədov (BŞBDPYİ-nin bölmə rəisi): “Hadisələri təhlil etdikdə sürücü diqqətsizliyi, əsas amillərdən biridirsə, piyada səhlankarlığı da hadisələrin baş verməsinə səbəb olur. YHH-da qanun 40-cı maddəsi piyadaların hüquq və vəzifələrini tənzimləyir ki, məhz bu maddələrin tələbləri piyadalar tərəfindən öyrənilməli və əməl edilməlidir”.
Amma əksər piyada unudur ki, onun günahı ilə nəticələnən yol nəqliyyat hadisəsinə görə, məsuliyətə də cəlb edilə bilər. Hadisənin ağırlıq dərəcəsinə görə, piyada inzibati və cinayət tərkibli əməlinə hüquqi qiymət verilə bilər.
Ərşad Hüseynov (Ekspert): “Piyadanın səhvi, piyadanın ciddi qayda pozuntusu, ölümlə nəticələnərsə, insanların ağır xəsarət almasına səbəb olarsa, CM-nin 267-ci maddəsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur”.
Vaqif Əsədov (BŞBDPYİ-nin bölmə rəisi): “Ötən 2019-cu il ərzində 13 piyada barəsində təsirli tədbirləri görülüb. Bugün də bu istiqamətdə işlər aparılır”.
Məsuliyyət cəza ilə yox, şüurlu davranışda, təmkinli hərəkətdə formalaşır. Piyada-sürücü münasibətləri həm də cəmiyyətimizin sağlamlığı deməkdir. Sağlam yaşamaq üçünsə, qaydalara əməl etmək lazımdır...
Mənbə: Big.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət