
Dərc edildi: Baxış sayı: 112
Paytaxt küçələrindəki nömrəsiz avtomobillərlə bağlı TƏDBİRLƏR GÖRÜLƏCƏK
"Bəzi sürücülər inzibati məsuliyyətdən yayınmaq məqsədi ilə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını çıxaraq avtomobili idarə edirlər ki, bu da qanunaziddir və öz növbəsində inzibati məsuliyyət yaradır".
Ens.Az-ın məlumatına əsasən,bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli deyib.
O, qeyd edib ki, Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi bu istiqamətdə mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir.
"Əlavə olaraq bildirim ki, həmin sürücülərlə bağlı qanunamüvafiq tədbirlər görüləcək", - deyə T.Nəsirli bildirib.
загрузка...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət