Dərc edildi: Baxış sayı: 513
Payızda koronavirus daha da güclənəcək?
“Bəzi ölkələrdə artıq ikinci dalğanı və yaxud hələ də birinci dalğanı görürük. Payız aylarında koronavirus epidemiyasının güclənməsi ehtimalı ondan ibarətdir ki, iqlim dəyişkənliyi baş verir”.
Ens.az “Report”-a istinadən xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
“Hazırda dövlət tərəfindən görülən tədbirlər elə buna hazırlıq deməkdir. Həmçinin iş yerlərində sanitar-epidemioloji qaydalara riayət önəmlidir. Biz bu qaydalara əməl etsək, gələcəkdə iş yerlərimizə qayıda bilsək, epidemiyanın güclənməsinin qarşısını ala bilərik. Əks halda qarşısını ala bilmərik”, - o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət