Slimfit
  1. AZƏRBAYCAN

Payız suvarma mövsümü mütəşəkkilliklə keçirilir

Payız suvarma mövsümü mütəşəkkilliklə keçirilir
Sakura

Payız suvarma mövsümü mütəşəkkilliklə keçirilir

Son illər Babək rayonunda əkin sahələrinin suvarma suyu ilə təmin olunması, əhalinin içməli su təchizatının yaxşılaşdırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə mühüm işlər görülüb. Payız suvarma mövsümünün mütəşəkkil aparılması üçün cari ilin ötən dövrü ərzində Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən  təmir-bərpa, tikinti işləri davam etdirilib.

Qeyd edək ki, Babək rayonu ərazisində su istifadəçilərinə 66,7 milyon kubmetr su verilib, bunun müqabilində 59  min 919 hektar torpaq sahəsi suvarılıb. Həmçinin ötən dövrdə 78,2 kilometr yeni suvarma boru xətti çəkilib, 13,6 kilometr suvarma boru xətti təmir-bərpa olunub.

Yeni torpaq sahələrini əkin dövriyyəsinə daxil etmək və suvarma suyu ilə təmin etmək üçün Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən  Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilərək müxtəlif diametrli borularla 69 min 163 metr yeni suvarma şəbəkəsi tikilib, 572 ədəd hidrant, 612 ədəd paylayıcı hovuz quraşdırılıb, qış aylarında şəbəkədən suyun boşaldılması üçün 6000 metr suboşaldıcı xətt çəkilib. Qapalı suvarma şəbəkəsinin tikildiyi ərazidə qrunt sularının səviyyəsini aşağı salmaq üçün 3,6 kilometr yeni açıq drenaj kanalı qazılıb.

Kanalların və arxların sukeçirmə qabiliyyətini artırmaq, su itkilərini aradan qaldırmaq üçün Babək rayonunda 5,35  kilometr kanal, 64,9 kilometr ara arxlar lildən təmizlənib. Kanallarda su itkilərini azaltmaq məqsədilə Babək rayonu ərazisində  Uzunoba gölünə su gətirən kanalın 476 metr hissəsi, beton panellərlə yenidən qurulub. Nehrəm kəndinə su aparan arxın yeri dəyişdirilərək 150 metr yeni  arx qazılıb.

Bundan başqa, Babək rayonunda torpaqların şoranlaşmasının qarşısını almaq məqsədilə 5,9 kilometr kollektor lildən təmizlənib, 357,9 hektar sahədə qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.

Torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə Naxçıvançay vadisində 6780 metr, Cəhriçay vadisində 4570 metr, Qahab selovunda  3205 metr, Sirab selovunda 70 metr, Nehrəm kəndi ərazisində 5920 metr olmaqla ümumilikdə 20,55 kilometr selə qarşı  istiqamətləndirici bənd salınıb.

 

Mənbə: Nuhcixan.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR