Payız, qış mövsümlərinin kosmetoloji prosedurları
Dərimiz geyimlərlə daha çox örtülü və günəş şüalarının daha zəif olduğu payiz və qış mövsümləri dərimizin kosmetik prosedurlarla müalicəsi üçün ən ideal mövsümlərdir. Xüsusiylə hansı prosedurları bura aid etmək olar:
Prosedur: Microneedling
Nə üçündür: Akne çapıqlarının müalicəsi, dərinin mexaniki pilinqi, üz cavanlaşdırılması, elastiki liflərin sintezinin artırılması sayəsində liftinq effekti, dəridəki “pora”ların (genəlnmiş piy vəzi axacaqlarının) kiçildilməsi, xoşa gəlməz ləkələrin aradan qaldırılması, dəri tonunun açılması.
Nəyə görə soyuq mövsümdə: Bu prosedur zamanı xüsusi mikro travmalar sayəsində dəri özünü cavanlaşdırmağa başlayır. Amma eyni zamanda cavanlaşan dəri günəş şüalarına həssas olur. Məhz buna görə prosedurdan sonra SPF (gündən qoruyucu faktor) vasitələrdən istifadə olunmalıdır. İdeal mövsüm isə payız və qış mövsümləridir.
Prosedur: Plazma lazer
Nə üçündür: Plazmakinetik enerji ilə dəridə müxtəlif incə cərrahi prosedurlar üçün(törəmələrin, xalların, ziyillərin götürülməsi), günəş ləkələrinin aradan qaldırılması, blefaroplastika, qırışların müalicəsi
Niyə soyuq mövsümdə: əslində bütün mövsümlərdə istifadəyə yararlıdır. Lakin sırf günəş ləkələrinin müalicəsində ləkədən təmizlədilmiş həssas dərinin yənidən günəşlə təması xəstəliyi qaytara bilər deyə günəşsiz mövsümlər tövsiyyə olunur.
Prosedur: Fraxel, CO2 Lazer
Nə üçündür: Akne çapıqlarının, hiperpiqmentasiyanın müalicəsi, melazm/günəş ləkələrini azaldılması, dərinin yenilənməsi
Nəyə görə soyuq mövsümdə: Fraxel 1550 (çapıqlar,qırışlar üçün edilir) prosedurundan sonra dəridə ortalama 3 gün müşahidə olunan qızartılar və şişkinlik olur. Fraxel 1927 (piqmentasiyalarda istifadə olunur) prosedurundan sonra dəri kobud qara rəngli örtük görüntüsünü alır ki, bu da 5-7 günə soyulub yeni dəri ilə əvəzlənir. CO2 lazer (dəri yenilənməsi, törəmələrin götürülməsi) müalicəsindən sonra həftələrlə sürən qırmızımtıl fon qala bilər. Bu ərəfələrdə isə dəri günəş şüalarını udma qabiliyyəti artdığından, günəş ləkələrinin təkrar qayıtma ehtimalı Yaz-yay mövsümündə daha çox olur.
Prosedur: İPL (İntens Pulsed Light)
Göstərişlər: dərinin açıq səthlərində (üz, sinə, boyun, əllərdə) xoşa gəlməz damarların aradan qaldırılması, qızarıqlıq/rozasea, Akne və günəş ləkələrin müalicəsində istifadə olunur. Həmçinin tüklərin epilyasiyası məqsədiylə də istifadə oluna bilər.
Niyə soyuq mövsümdə: Gündən qorunma bu prosedurda da müalicənin effektini artırır. Həmçinin qara dərilərə bu prosedur tövsiyyə olunmur. Ona görə də dərimizin tündləşən mövsümü məsləhət deyil.
Prosedur: Tüklərin lazer epilyasiyası
Nə üçündür: Bu lazerlərin hədəfi tük follikullarındakı piqmentdir. Bununla tüklərin bitməsinin qarşısı alınır. Prosedur ortalama 4-8 həftədən bir edilir. Hər növbəti prosedurla tüklər nazilir və inkişafı ləngiyir. Buna görə də getdikcə prosedurlar arasında interval artır.
Niyə soyuq mövsümdə: Birincisi yenə də günəş riskini azaltmaq üçün 2ci səbəbsə dəri rəngi açıq olan ərəfələrdə prosedur daha ağrısız və daha effektiv olur. Çünki dəri tünd olanda bu lazer nəinki tük follikulları həmdə dəri qaraldığı(piqmentləşdiyi) üçün dəri tərəfindən də udulur. Odur ki dəri ilə tük rəngi arasında kontrast çox olduqca bu prosedur daha effektiv və təhlükəsiz olur.
Prosedur: xoşa gəlməz venaların lazer və ya skleroterapiya ilə aradan qaldırılması
Niyə soyuq mövsümdə : həm lazerdən sonra günəşin zərərindən qorunmaq üçün, həmdə xüsusiylə iri ölçülü venalarin skleroterapiyasından sonra kompressiya üçün elastik band və ya corab geyinilir ki, isti yay mövsümündə bu o qədər də praktik deyildir.
Mənbə : Faderm.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət