Slimfit
  1. İQTİSADİYYAT

Payız mövsümündə Oğuzda 250 hektar yeni fındıq bağları salınacaq

Payız mövsümündə Oğuzda 250 hektar yeni fındıq bağları salınacaq
Sakura

Payız mövsümündə Oğuzda 250 hektar yeni fındıq bağları salınacaq

Azərbaycan Prezidentinin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlar Oğuz rayonunda da uğurla icra olunur. Belə ki, bu ilin yaz aylarında rayonda 386 hektar sahədə yeni fındıq bağları salınıb. Payız mövsümündə isə rayon ərazisində daha 250 hektaradək sahədə yeni bağların salınması nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının şöbə müdirinin müavini Qəmzə Süleymanova məlumat verib.

Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 3252 hektardır. Bu bağların 1805 hektarı barverəndir. Builki mövsümdə fındıq bağlarından min tonadək məhsul gözlənilir. Ötən il isə bağlardan 903 ton fındıq tədarük olunub.

Qurumun rəsmisi bildirib ki, rayonun təsərrüfatlarında tütün yığımı da mütəşəkkil şəkildə davam edir. Oğuzlu fermerlər bu günədək sahələrdən 1021 ton yaşıl tütün kütləsi yığaraq emal məntəqəsinə təhvil veriblər. Eyni zamanda, fermerlər indiyədək yetişdirdikləri tütün sortlarından 114 ton quru tütün istehsal ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR