Slimfit
  1. QADINLAR ÜÇÜN

P​ayız fəslində dəriyə faydalı olan qidalar

P​ayız fəslində dəriyə faydalı olan qidalar
Sakura

P​ayız fəslində dəriyə faydalı olan qidalar

Havaların soyuması ilə dərimizdə qurumalar baş verir.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, baxım vasitələrindən başqa dərini qidalandıran təbii məhsullar ilə də bunun qarşısnı almaq mümkündür.

İspanaq

Bu yaşıl yarpaqlı tərəvəz antioksidan baxımından zəngin olan qidalardan biridir. İspanaq tərkibindəki dəmir, folat, xlorofil, maqnezium, A, C və E vitaminləri ilə yanaşı proteinlə də zəngin olan möhtəşəm bir qida qaynağıdır. Dəri problemləri ilə mübarizə apararaq tərkibindəki A,C, E vitaminləri dərini təmizləyir.



Alabalıq

Alabalıq və ton balığı kimi yağlı balıqlar omeqa-3 yağ asitləri baxımından son dərəcə zəngindir. Omeqa-3 yağ asitləri dəri sağlamlığını qoruyur. Xüsusilə allergik reaksiyalar səbəbilə qızarmış dərinin yenilənməsini sürətləndirir. Bundan başqa balıq dərinin nəm tarazlığını tənzimləyir və qurumağa qarşı qoruyur. Günəş şüalarının zərərli təsirlərinin aradan qalxmasına kömək edir.

Image result for alabalıq

Qaragilə Qaragilə C vitamini baxımından olduqca zəngin bir meyvədir. Qaragilə dərinin elastikliyinin artmasını təmin edir və kollagen proteini istehsal etməyə kömək edir. Tərkibində olan bir çox maddələr sayəsində qaragilə antioksidan təsir göstərərək dərinin həssas quruluşuna dəstək olur.

Image result for qaragilə

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR