Slimfit
  1. TARİX

Pavel Sisianov - Sisianovun Cavad xana ilk məktubu

Pavel Sisianov - Sisianovun Cavad xana ilk məktubu
Sakura

Pavel Sisianov - Sisianovun Cavad xana ilk məktubu

Tiflis 25 fevral 1803-cü il: "Hörmətli məmurunuz Gürgün bəylə göndərdiyiniz məktubu aldım. Orada Sizin dinc, müttəfiq və dostcasına qonşuluq əlaqələri saxlamaq meylinizi gördüm. Bu sözləri sidq – ürəklə yazıldığını qəbul edərək Sizin şəxsi rifahınız üçün qəlbən sevinir və yenilməz qalacaq bu rifahınız münasibətilə Sizi təbrik edirəm. Zira Sizi və sizin xalqı... lütfükar rus imperatoru öz himayəsinə götürür. Sizin etimadınızın qarşılıqlı keçəcəyinə təbəəliyinizin Gürcüstanla əlaqəli bütün işlərində şahid olacaqsınız. Gürcüstanda, eləcə də sərhəd qoşunları ilə bağlı hər hansı bir məsələ Sizin rəyinizlə, yalnız Sizin icazəniz... alınandan sonra qəti və qanuni qaydada yoluna qoyulacaqdır. Çünki əlahəzrət hökümdarım məndən bunu tələb edir. Lakin Sizin şərafətli etimadınızın... ən gözəl zəmanəti o olardı ki, xahişimizi nəzərə alaraq yüksək mənsəbli böyük oğlunuz Uğurlu ağanı əmanət kimi Tiflisə göndərəydiz. O, burada ləyaqətinə və mənsəbinə müvafiq etiram və hörmət sahibi olacaqdır. Bu təmənnam yerinə yetirilsə, onu Gəncə ilə Gürcüstan arasında heç bir ayrı – seçkiliyin olmayacağı barədə xeyirxah vədinizin əməli timsalı kimi qəbul edəcəyəm. Bundan əlavə, Sizin ucalığınıza bəslədiyim dostcasına münasibətimin kiçik rəmzi kimi mehriban Gürgün bəylə hər biri on arşınlıq məxmər və atlas hədiyyə göndərir və həmişə qulluğunuzda hazır olduğumu bildirirəm.".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR