Slimfit
  1. BİOQRAFİYA

Pavel Sisianov

Pavel Sisianov
Sakura

Pavel Sisianov - gürcü əsilli rus generalı

Pavel Dmitriyeviç Sisianov (Pavle Dmitris dze Sisişvili 1754-1806) — gürcü əsilli rus generalı, Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı. 1806-cı ildə Bakı yaxınlığında sui-qəsd nəticəsində Aslan Bəy tərəfindən öldürülüb.

Həyatı

Pavel Sisianov 1754-cü ildə 9 və ya 20 sentyabr tarixində Rusiya İmperiyasının Moskva şəhərində gürcü ailəsində anadan olub. 1772-ci ildə Preobrajensk alayında hərbi xidmətə başladı. 1786-cı ildə polkda komandir təyin edilir və 2-ci türk müharibəsində iştirak edir. 1796-cı ildə o imperatriçənin razılığı ilə qraf Zubovun başçılığı altında Cənubi Qafqazın işğalı üçün yola düşdü. 1797-ci ildə istefaya çıxdı, lakin çar I Aleksandrın hakimiyyəti dövründə yenidən xidmətə daxil oldu. 1802-ci ildə Həştərxanın hərbi qubernatoru və Rusiyaya yeni birləşdirilmiş Gürcüstanda baş komandan tərəfindən Qafqaza piyada qoşunun inspektoru təyin edilmişdir. 1803-cü ildə Rusiyanın tərəfinə keçmiş etnik gürcülərdən təşkil olunmuş 4500 nəfərlik könüllü qoşun ilə birlikdə Qafqazın alınması üçün Tbilisiyə hücum edir. İran ilə müharibənin onun işlərini çətinləşdirməsinə və Rusiyanın Napoleon ilə apardığı müharibə səbəbindən əsgər çatışmazlığının olmasına baxmayaraq o, müəyyən qədər diplomatik yolla, müəyyən qədərsə silah gücüylə Xəzər sahilinin, Dağıstanın və Cənubi Qafqazın müxtəlif kiçik hökmdarlarını Rusiyanın tərəfinə çəkməyi bacardı.

Gürcüstanı ələ keçirdikdən sonra Cənubi Qafqaza hücum edir. 1804-cü ildə Gəncə xanlığını işğal edir və Cavad xanı qətlə yetirir. Bu işğala görə ona piyada generalı rütbəsi verilir. Bir neçə Azərbaycan xanlığını işğal edir. Onların arasında Gəncə, Şamaxı, Şəki və Qarabağ xanlıqları mövcüddur.

Vəfatı

1805-cı ildə general Pavel Sisianov Bakı xanlığına hücum edir. İlk hücum uğurlu alınmasada ikinci hücum zamanı Sisianov Bakını mühasirəyə alır. Bakı xanı Hüseynqulu xan onunla danışıqlar aparmaq üçün onu Qala qapısın yanına çağırır. 8 fevral 1806-cı ildə general Pavel Sisianov Bakının Qala qapısın yanına gəlir. Burada o Hüseynqulu xan ilə danışanda onun qardaşı oğlu Aslan bəy tərəfindən öldürülür. Sisianovun ölümündən sonra rus qoşunlarının hücumları xüsusilə amansızlaşdı. 1806-cı ilin oktyabrında Bakı işğal edildi, 1813-cü ildə isə Gülüstan müqaviləsi Bakı xanlığının Rusiyaya birləşdirilməsi rəsmiləşdi. 1811-ci ildə Sisiyanovun cəsədi Tbilisiyə aparılaraq orada kilsə qəbiristanlığında basdırılır. Hərbi işdən əlavə Sisiyanov həm də ədəbi fəaliyyət ilə məşğul olur, fransız dilindən şerlər tərcümə edirdi.

 

Məktubları

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR