Slimfit
  1. TARİX

Pasxa adasının sirri açıldı

Pasxa adasının sirri açıldı
Sakura

Pasxa adasının sirri açıldı

Amerikalı arxeoloqlar Pasxa adasının sakinlərinin okeandan içməli suyu çıxarmağı necə öyrəndiklərini izah ediblər. Bingemton Universitetinin saytında xəbər verilir ki, adada demək olar ki, çay və göl olmayıb, buna görə də qədim insanların özlərini su ilə necə təchiz etdikləri sirr olaraq qalırdı.

20 il ərzində rapanuyalı (Pasxa adasının yerli sakinləri) olmağı tədqiq edən araşdırma müəllifi Karl Liponun (Carl Lipo) sözlərinə görə, məsaməli vulkanik torpaq qısa zamanda yağış rütubətini udurdu, kiçik göllər isə kifayət qədər suyu təmin edə bilmirdi. Mütəxəssislər sahildəki duz tərkibinin səviyyəsini ölçərək belə nəticəyə gəldilər ki, o istifadə üçün yararlı olub.

“Yeraltı sular okean yamacına tökülür. Axın zamanı içməli su birbaşa dənizə gedir. Nəticədə insanlar bu mənbələri istifadə üçün yararlı su yığımı üçün istifadə edə bilirdilər”, - Lipo bildirib.

Bunu həmçinin rapanuyalıların dəniz suyu içməsini iddia edən XVIII əsrin tədqiqatçılarının yazıları da təsdiqləyir. Nəticələr əsasında alimlər moai (nəhəng insan başları formasında abidələr) ilə içməli su mənbələrinin yeri ilə əlaqəsi olub-olmamasını yoxlamağı planlaşdırırlar.

 

Mənbə: Lenta.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR