Dərc edildi: Baxış sayı: 1190
Passsiv siqaret çəkməyin ölümcül riski üzə çıxdı: Alimlərdən xəbərdarlıq...
Moderator.az RİA Novosti-yə istinadən xəbər verir ki, Amerika alimləri yeniyetmə yaşlarından passiv siqaret çəkməyin ciyərlərdə və ürəkdə ölümlə nəticələnən ağır xəstəliklərin yaranmasına səbəb olduğunu müəyyənləşdiriblər.
Amerika onkoloji cəmiyyətindən olan bir qrup mütəxəssis heç vaxt siqaret çəkməyən, amma uşaqlıqda(16-18 yaş) siqaret çəkənlərin ətrafında olan 70 mindən çox ABŞ vətəndaşının səhhətinin vəziyyəti, dietası və həyat tərzi haqqında məlumatları analiz ediblər.
Tədqiqatın nəticələri göstərib ki, yeniyetmə dövrlərində hərdənbir siqaret çəkmək ağ ciyərlərin xroniki xəstəliyi nəticəsində ölüm halını 31% artırır. Böyüklər üçün hər həftə 10 saatdan artıq siqaret çəkənlərin yanında olmaq ağ ciyərlərin xroniki xəstəliyindən ölmə ehtimalını 42% artır, ürəyin işemik xəstəliyindən 27%, infarktdan 23 faiz artırır.
Alimlər qeyd edir ki, siqaret çəkən valideyinlər öz uşaqlarını astma və başqa ağ ciyər xəstəliklərlə daha yaşlı çağlarında xəstələnməsi təhlükəsi ilə üz-üzə qoymuş olur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət