Slimfit
  1. MARAQLI

Pasportun tarixi haqda maraqlı faktlar

Pasportun tarixi haqda maraqlı faktlar
Sakura

Pasportun tarixi haqda maraqlı faktlar

Pasportun yaranma tarixi barədə çoxları məlumatsızdır.

Beləliklə məlumata görə pasport haqqında ilkin məlumat Nehemyanın kitabında qeyd edilib. Bir fars zabiti Kral 1-ci Artaserhasa məktub yazıb, Fələstinin güneyi boyunca güvənli şəkildə getmək üçün sənəd istəyir.

Kimlik göstəricisi olan modern ilk pasportu isə 15-ci yüzillikdə İngiltərədə verilib. Belə ki, 5-ci Kral Henri xalqının Britaniya xaricində kimliyinin bəlli olması üçün pasport yaradır.

“Henley & Partners” firması bu günlərdə maraqlı bir araşdırma edib. Şirkətin araşdırmasına görə hazırda dünyanın ən güclü pasportuna sahib ölkələr Yaponiya və Sinqapurdur.

Suriya, Sudan, İran, İraq, Yəmən, Libya, Küveyt, Əfqanıstan, Banqladeş, Cəzayir, Lübnan, Malaziya, Umman, Səudiyyə Ərəbistanı, BƏƏ dövlətləri İsrail pasportu ilan şəxsləri ölkəsinə girməyə icazə vermir. İsrailin özü də bəzi ölkələrdən olan vətəndaşları öz ölkəsinə daxil olmağa icazə vermir. Bu ölkələr Somali, Əfqanıstan, İran, İraq, Pakistan, Libya, Lübnan, Suriya və Yəməndir. Fələstinlilərin də bu ölkəyə daxil olması çox müşkül məsələdir.
Pasportlar ölkələrinə görə müxtəlif rəngdə olur. Məsələn, Avropa ölkələri siyasi baxışlarına görə pasportlarının rəngi tünd qırmızıdır.
Amerika və okean ölkələri sonradan kəşf olunduğuna görə pasportlarının rəngi mavidir.

Pakistan, Səudiyyə Ərəbistan kimi müsəlman ölkələri İslam dininə görə pasportları yaşıl rəngdədir.
İsveçrə isə başqa ölkələrdən fərqlənmək üçün parlaq qırmızı rəngdə pasportdan istifadə edir. Sinqapur pasportunun rəngi isə narıncı qırmızı rəngdədir.

ABŞ və Kanada təcili səyahət etmək istəyən şəxslərə keçici olaraq ağ rəngdə pasport verir.

Peru pasportlarında isə Maççu-Riçu şəhərinin kiçik mənzərəsini əks etdirən damğa vurulur.

Vatikana gedənləri isə heç kim ayır edə bilmir. Çünki bu ölkə pasporta damğa vurmur.

Qeyd edək ki, 20-ci əsrin əvvəllərində pasportlara foto vurulmurdu. Lakin 1-ci Dünya Müharibəsi zamanı bir almaniyalı casus İngiltərəyə girdikdən sonra pasportlarda dəyişiklik oldu və foto da tələb edildi. Bundan sonra digər ölkələrdə də pasportlara foto vuruldu.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR