Slimfit
  1. HÜQUQ VƏ FƏLSƏFƏ

Pasportlara hicablı şəkil çəkdirmək olarmı?

Pasportlara hicablı şəkil çəkdirmək olarmı?
Sakura

Pasportlara hicablı şəkil çəkdirmək olarmı?

Azərbaycanda şəxsiyyət vəsiqəsi və xarici pasportlara hicablı şəkil çəkdirmək olarmı?

Femida.az hüquqi maarifləndirmə layihəsi çərçivəsində növbəti yazıda bu məsələni işıqlandırır. Azərbaycan qanunvericiliyində bu proses necə tənzimlənir?

"Pasportlar haqqında" AR Qanunun 8-ci maddəsinə müvafiq olaraq fotoşəkil Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun olmalıdır. Sözügedən tələb Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli sənədi ilə müəyyən edilib. Həmin sənədə əsasən fotoşəkil çəkilərsən üzün cizgiləri açıq vəziyyətdə olmalı və baş geyimlərindən, pariklərdən və digər vasitələrdən istifadəyə yol verilmir. Eyni zamanda sözügedən beynəlxalq sənəddə, dini azadlıq baxımından və dini inanclar üzrə, habelə tibbi və digər mədəni tələblər baxımından baş geyimləri ilə fotoşəkil çəkilməsi halları dövlətin səlahiyyətinə buraxılıb. Bu baxımdan DİN baş geyiminin çıxarılması tələbində haqqlı hesab edilir. Eyni zamanda, digər bir çox beynəlxalq təşkilatlar sözügedən səlahiyyətin dövlət tərəfindən icrasının təhlükəsizlik tədbirləri ilə bağlı icra edilməsini tələb edirlər. Belə bir zərurət yaranmadığı təqdirdə baş örtüsünün açılmasının tələb edilməsi dini azadlığın pozulması deməkdir.

İCAO-nun 9303 nömrəli sənədinin 1-ci hissə 1-ci cild 4-cü fəslinin 11 saylı əlavəsində pasportlar, istifadə edilən başqa sənədlər üçün dini adətlər, tibbi göstərişlər və mədəni ənənələrlə bağlı baş geyimi ilə olan fotoşəkildən istifadə etmək imkanı nəzərdə tutulub. Hətta bunun aşağıdakı kimi foto nümunələri də göstərilib:

Şəxsiyyət vəsiqəsi meyarları

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 577 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri" 85,6 mm x 54 mm ölçülüdür. Vəsiqənin üz tərəfinin sol hissəsində vəsiqə sahibinin 26 mm x 32 mm ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulmuşdur. Fotoşəkil Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədinin tələblərinə uyğun olmalıdır. Bu fərmanın 3.3-cü maddəsinin yeni redaksiyasında qeyd olunub ki, şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) tələblərinə uyğun fotoşəkili yerləşdirilir. Azərbaycan prezidentinin imzaladığı 7 fevral tarixli fərmanla təsdiqlənən “Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri” adlı əlavə 1-də kriteriya daha dəqiq göstərilib. Orada qeyd edilib ki, şəxsiyyət vəsiqəsinin üzərindəki fotoşəkil İCAO-nun 9303 saylı sənədinin tələblərinə uyğun olmalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR