Slimfit
  1. MARAQLI

Pasport rəngləri hansı mənaları ifadə edir?

Pasport rəngləri hansı mənaları ifadə edir?
Sakura

Pasport rəngləri hansı mənaları ifadə edir?

Səyahət üçün nəzərdə tutulmuş pasportların müxtəlif rənglərdə olması yəqin ki, bir çoxunuzun diqqətini cəlb edir. Bu rənglər mavi qırmızı, yaşıl və qara rənglər arasında fərqlilik göstərir. Əslində bu cür rəng seçimləri heç də təsadüfi deyil. Maraqlı olacağını nəzərə alıb, pasportların rənglərinin hansı anlama gəlməsi haqqında yazını təqdim edirik.

Mavi rəngli pasport

Mavi rəng yeni dünyanı simvolizə edir və ikinci ən çox istifadə olunan pasport rəngidir. Bu cür pasportlar daha çox amerika qitəsində yerləşən ölkələr üçün xarakterikdir. Brazilya, Argentina,  Paraqvay və s. ölkələrdə bu rəng “cənubun ümumi bazar birliyi”ni xarakterizə edir.

Qırmızı rəngli pasport

Qırmızı dünyada ən çox istifadə olunan pasport rəngidir. Bu cür pasportlar daha çox avropa birliyinə üzv olan dövlətlər tərəfindən istifadə olunur və qısa müddət bundan əvvəl avropa birliyinə üzv olmaq istəyən ölkələr də öz pasportlarını qırmızı rəngə dəyişdilər, məsələn, Türkiyə, Makediniya və Albaniya  kimi dövlətlərin adlarını qeyd edə bilərik.  Bundan başqa, qırmızı rəngə üstünlük verən ölkələr daha çox vaxtilə kominist olan və hələ də bu ideologiyanı dəstəkləyən ölkələrdir. Amerika qitəsində qırmızı səyahət pasportuna sahib olan ölkələr sırasında Boliviya, Peru, Kolimbiya və Ekvadoru əlavə edə bilərik.

Yaşıl rəngli pasport

Bu cür pasportlar daha çox müsəlman ölkələri üçün xarakterikdir. Bu ölkələrdə yaşıl rəng Həzrəti Məhəmmədin sevimli rəngi,  bundan başqa təbiəti və həyatı da sinvolizə edən rəng kimi qəbul edilir. Eyni zamanda bir çox iqtiasadi birliklərin üzvü olan qərbi afrika ölkələrinin bir çoxu da yaşıl rəngdə olan səyahət pasportundan istifadə edir.

Qara rəngli pasport

Qara ən az istifadə olunan pasport rəngidir. Bu cür pasportlar daha çox Yeni Zellandiya da və bir sıra Afrika ölkələrində istifadə olunur.   Məsələn, Anqola, Çad, Konqo, Zambiya kimi ölkələri bu siyahıya aid etmək olar.

Aşağıdakı xəritə hansı pasport rənginin hansı ölkələrdə daha çox yayıldığını daha dəqiq göstərir.

 

Mənbə: Gencaile.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR