Slimfit
  1. SİYASƏT

Paşinyanın yalanı üzə çıxdı: Rusiyadan silahı niyə ala bilməyib?

Paşinyanın yalanı üzə çıxdı: Rusiyadan silahı niyə ala bilməyib?
Sakura

Paşinyanın yalanı üzə çıxdı: Rusiyadan silahı niyə ala bilməyib?

Ermənistan baş naziri Nikol Paşinyan və digər məmurlar bir ildən çoxdur Rusiyanın Ermənistandan silah tədarükü üçün pul aldığını, lakin əvəzində müvafiq silah və sursatı vermədiyini iddia edirlər.

Lakin bununla bağlı bəzi məqamlar ortaya çıxıb.

Ens.Az-ın məlumatına əsasən,bu barədə “Joqovurd” qəzetində məqalə dərc olunub.

Ermənistan və Rusiya nəşrlərinin etibarlı mənbələrdən verdikləri məlumatlara görə, Ermənistan Müdafiə Nazirliyi ilə Rusiyanın “Smerç” tipli raketlər istehsal edən “NPO Splav” zavodu arasında müqavilə bağlanıb. Müqaviləyə əsasən, zavod Ermənistandan aldığı pul əvəzində onun üçün lazım olan raketləri istehsal edib. Daha sonra məhsulların hazır olduğunu və Ermənistan Müdafiə Nazirliyinə məhsulları təhvil almaları üçün İrəvandan mütəxəssislər göndərilməsini bildirib. Lakin Ermənistan tərəfi bir il üç ay ərzində məhsulları ala bilməyib. Bu ölçüdə məhsulların uzun müddət anbarda saxlanılması mümkün olmadığı üçün “NPO Splav” zavodu üç dəfə Ermənistanla əlaqə saxlayıb, lakin nəticə əldə edilməyib.

Daha sonra Rusiya-Ukrayna müharibəsi başlayıb və Rusiya bu raketlərdən istifadə edib. Hərbi vəziyyətə baxmayaraq, Rusiya yenə də dostluq münasibətlərini nəzərə alaraq Ermənistan Müdafiə Nazirliyinə malların partiyalarla tədarük ediləcəyini bildirib.

Həmçinin məlum olub ki, 2020-ci il müharibəsindən sonra Rusiya Ermənistana 20 illik kredit ödəmə müddəti ilə bir milyard dollar və 400 milyon dollar dəyərində silah və sursat təklif edib. 400 milyon ABŞ dolları məbləğində müqavilə artıq təsdiqlənib və imzalanmağa hazır olub, birmilyardlıq müqavilənin təsdiqinə isə sayılı günlər qalıb.

Lakin Ermənistan gözlənilmədən bu razılaşmalardan imtina edib. Əvəzində Hindistanın özəl şirkətləri ilə müqavilələr bağlanıb və dərhal bütünlükdə 500 milyon ABŞ dolları köçürülüb, lakin hələ də bu məhsulun heç 5 faizi əldə edilməyib. Bu isə, məlumata görə, üç dəfə baha başa gəlib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR