Slimfit
  1. AZƏRBAYCAN

Paşinyanın Qarabağla bağlı atacağı addımlar üzə çıxdı: gələn ay torpaqlarımızda kəskin...

Paşinyanın Qarabağla bağlı atacağı addımlar üzə çıxdı: gələn ay torpaqlarımızda kəskin...
Sakura

Ermənistanda dekabrın 9-da keçiriləcək parlament seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli…

Ermənistanda dekabrın 9-da keçiriləcək parlament seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni proseslərin başlayacağı ehtimalı zaman-zaman müzakirə olunurEhtimallara görə, həmsədr ölkələr, elə Düşənbə görüşünə razı olan Bakı da Paşinyana seçkidən sonra danışıqlar masasına konstruktiv mövqedə qayıtmaq üçün zaman tanıyıb. Ekspertlər Paşinyanın danışıqlar masasına qayıdacağını hesab etsələr də, onun Qarabağ kartını sona qədər istifadə etməsi üçün yeni təxribatlara əl ata biləcəyi də istisna deyil.

Əsas sual budur: “Ermənistanda seçkilərdən sonra Qarabağda nə gözlənilir?”.

Publika.az xəbər verir ki, “Sputnik Ermənistan” bu sual ətrafında erməni ekspertlərin fikrilərini öyrənib.

Siyasi texnoloq Viqen Akopyan hesab edir ki, seçkidən sonra Qarabağla bağlı hansısa yeni konsepsiyanın önə çıxması gözləniləndir.

“Bu konsepsiya “Madrid prinsipləri” çərçivəsində olacaq. Bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin diplomatik missiyasının başa vuranda dediyi sözlərdən, həmçinin, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun dediklərindən də anlamaq olar. Hələ ki hamı Ermənistanda seçkinin sonunu gözləyir, sonra ehtimal ki, danışıqlar prosesində kəskin aktivləşmə olacaq. Ola bilər ki, geosiyasi mərkəzlər seçkidən sonra Ermənistanın danışıqlar masasına əyləşəcəyi ilə bağlı Azərbaycana söz veriblər. Mümkündür ki, münaqişənin həll ediləcəyinə dair Azərbaycanda optimizm var. Hər halda danışıqların yenilənməsi cəhdləridən əvvəl sakitlik müşahidə olunur. Bu haqda bütün geosiyasi mərkəzlərin nümayəndələri – Lavrov, Bolton – danışırlar”, - deyə o bildirib.

Akopyan hesab edir ki, Paşinyanın Qarabağın danışıqlar masasında tərəf kimi iştirakı istəyi nəticəsiz qalacaq: “Hərçənd, Ermənistan rəhbərliyinin danışıqların formatının dəyişdirilməsi ilə bağlı cəhdləri davam edəcək, bu daha çox, danışıq resursunun genişlənməsinə hesablanıb”.

Rusiyalı politoloqu Artur Atayev hesab edir ki, hələlik Qarabağ münaqişəsinin həlli düsturu yoxdur.

“Con Bolton Cənubi Qafqaza gəlişində Paşinyanı münaqişənin həllinə hazırlamağa çalışdı. Maraqlıdır ki, Bolton münaqişənin həll edilməsini Paşinyandan istədi, hərçənd, bu məsuliyyəti hər iki tərəfin üzərinə qoya bilərdi, lakin etmədi. Bu, o deməkdir ki, gələcəkdə münaqişənin həlli mümkün olmasa hər kəs bunun günahını Paşinyanda görəcək”, - deyə o bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR