Dərc edildi: Baxış sayı: 503
Paşinyanın Qarabağ çaşqınlığı: Nur-Sultana təşəkkür etdi
Ermənistan Baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Qasım Jomart Tokayevlə görüşüb.
Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb. Görüş zamanı Tokayev Nur-Sultanın Ermənistanla münasibətlərin inkişafında maraqlı olduğunu deyib.
Tərəflər görüş zamanı Qarabağ konfliktinin həll prosesinə də toxunublar. Paşinyan Tokayevə Qarabağ məsələsindəki balansı mövqeyinə görə təşəkkür edib.
Qeyd edək ki, Qazaxıstan Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyündə həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət