Dərc edildi: Baxış sayı: 411
Paşinyanın Putinlə görüş tarixi açıqlandı
Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan dekabrın 27-də Moskvaya səfər edəcək.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Görüş zamanı liderlər ikitərəfli əməkdaşlıqla bağlı bir çox məsələləri müzakirə edəcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət