Slimfit
  1. MARAQLI

Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...

Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
Sakura

Nikolun NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...

Müharibə meydanında acınacaqlı məğlubiyyətə uğrayan və hərbi iflasa birbaşa məsuliyyət daşıyan Nikol Paşinyana qarşı erməni cəmiyyətində ittihamlar davam edir. Növbəti bariz nümunələrdən biri müxtəlif informasiya seqmetlərində Ermənistan Baş nazirinin ölkəsinin xarici siyasətini və hərbi müttəfiqlərini kardinal şəkildə dəyişmək cəhdi, beləliklə, əsrlərlə hökm sürən “ayələri” pozaraq ötən ilin 13 may tarixində NATO Baş katibi Stoltenberqə göndərdiyi məktubun ictimailəşdirilməsidir.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri deputat Zahid Oruc qeyd edib.

“Onun qeyri-səhihliyi haqda hər hansı rəsmi reaksiya bildirilməyib.

Məktubda NATO Baş katibindən Qarabağ münaqişəsinin həllində kömək istənilir. Əsrlərdir davam edən “Qordi düyünü”nü kəsmək üçün sorosçu hökumət rəhbəri sensasion sayıla biləcək öhdəliklərdən bəhs edir və belə məlum olur ki, söhbətin şifahi hissəsi Şimali Avroatlantik Alyansının başçısı ilə ötən ilin yanvarında danışılıb, indi isə gələcək çözüm formulu və öhdəliklər sadalanır.

Məktubda Ermənistan hərbi qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması müqabilində ölkəsi daxilində hansı ssenarilər baş qaldıracağı və eyni zamanda, etirazları yatırmaq üçün o, Qarabağdan çıxaracağı silahlı qüvvələrdən hansı ictimai-siyasi şəraitdə yararlana biləcəyini yazıb. Putini deyil, Sorosu seçən, Moskvaya xəyanət edən, indi də meydanda tək qalan baş nazir deyir:

”Ermənistanın NATO ilə yaxınlaşmasına əsas maneə Azərbaycan ilə mübahisəli ərazilərdə erməni qoşunlarının mövcudluğudur. Erməni qoşunlarının münaqişə zonasından çıxarılması və köçürülməsi planı çərçivəsində Azərbaycana mübahisəli ərazilər üzərində nəzarət, İrəvanın Dağlıq Qarabağı daha da dəstəkləməsinin məqsədəuyğunluğu barədə bir sualla ümumxalq referendumu keçiriləcək. Şübhəsiz ki, belə bir təşəbbüs erməni millətinin əksəriyyətinin mənfi reaksiyasına səbəb olacaq və bizim nəzarətimizdə olan xüsusi qrupların daxili sabitliyi pozması üçün etirazlar yaranacaq və qoşunları Dağlıq Qarabağdan köçürmək üçün inandırıcı bir bəhanə yaradacaq. Ölkə daxilində Qarabağ öz növbəsində, Azərbaycanın Dağlıq Qarabağın 50%-dən çox hissəsini öz nəzarəti altına alacağı öhdəliklərini təmin etdiyinə əmin olmaq üçün sizdən kömək istəyirik. Ermənistan rəhbərliyinin təsdiq etdiyi kimi, Dağlıq Qarabağın qalan hissəsi muxtariyyət almaq imkanı olan neytral boz ərazi olacaqdır”.

Göründüyü kimi, Nikol Paşinyan indi dünya erməniçiliyinin əsrlərdir qurduğu böyük idealları məhv etdiyi və təbii müttəfiqlərini buraxıb da Qərb paytaxtlarında özünə başqa hamilər axtardığına görə Böyük Linç qarşısındadır. Qarabağ müharibəsi bitən kimi İrəvanda Nürmberq Məhkəməsi qurulacaq!” – Z.Oruc bildirib.

P.S. Sözügedən müraciət və Nikol Paşinyanın digər dövlətlərarası razılaşmalarda imzası əlavə olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR