Dərc edildi: Baxış sayı: 338
Paşinyan tamamilə sarsaqlayır və çıxışı heç bir məna daşımır
Paşinyan tamamilə sarsaqlayır və çıxışı heç bir məna daşımır.
Bu sözləri Axar.az-a Ermənistanın Baş nazir Nikol Paşinyanın BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışını şərh edən millət vəkili Rasim Musabəyov deyib.
“Paşinyan BMT tribunalında rəsmən sarsaqladı. Bu sübut edir ki, Paşinyanın masa arxasında oturub danışmağa qətiyyəti yoxdur. O, Azərbaycanın Dağlıq Qarabağla dialoqa başlamalı olduğunu bildirməklə çox böyük səhvə yol verdi. Yəni Paşinyan dünyanın gözü önündə göstərdi ki, Azərbaycanın bu şəkildə Ermənistanla danışıqlar aparmasının heç bir mənası yoxdur. Bu, vəziyyəti qəsdən gərginləşdirməkdən başqa bir şey deyil. Əgər Paşinyan belə davam edərsə, müharibə qaçılmaz olacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət