Slimfit
  1. AZƏRBAYCAN

Paşinyanın arvadının sülh çağırışına Azərbaycan qadınlarından cavab

Paşinyanın arvadının sülh çağırışına Azərbaycan qadınlarından cavab
Sakura

Paşinyanın arvadının sülh çağırışına Azərbaycan qadınlarından cavab

Ermənistan baş naziri  Nikol Paşinyanın arvadı, “Mənim addımım” və “Təbəssmlər şəhəri” xeyriyyə fondlarının hamilər şurasının direktoru Anna Akopyan Vaşinqtondan azərbaycanlı qadınlara sülh çağırışı edib. 

O, Vaşinqtona səfər zamanı ABŞ Konqresində “Qadınlar sülh naminə” kampaniyasını təqdim edib. Akopyan azərbaycanlı anaları və qadınları da bu kampaniyaya qoşulmağa çağırıb. 

Maraqlıdır, ictimai-siyasi camiyədə aktiv fəaliyyətləri ilə seçilən azərbaycanlı qadınların məsələyə reaksiyası necədir? 

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Cebhe.info-ya açıqlamasında deyib ki, təbii ki, azərbaycanlı qadınlar sülhə hazırdır: 

“Biz istəmirik ki, övladlarımız gedib müharibədə həlak olsunlar. Amma ilk növbədə istəyimiz odur ki, Qarabağ məsələsi həll olunsun. Ərazi bütövlüyümüz tanınsın, torpaqlarımız geri qaytarılsın. Sülhə həmişə  hazırıq”. 

Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı qeyd edib ki, Azərbaycanın da sülh platforması var: 

“Oradan təkcə Azərbaycan qadınlarına deyil, Ermənistan qadınlarına səslənmək mümkündür. Erməni millətindən olanlara çağırış var. Həmin platformada biz də iştirak edirdik. Təbii ki, belə çağırışların olması müsbət haldır. Amma çox vacib bir məsələ qalır ki, o da diplomatların öhdəsinə düşür. Söhbət ondan gedir ki, bu sülhü tərəflər necə başa düşür. Yəni, sülh necə olacaq? Bu, çox önəmli məsələdir. Mən sülh üçün hər bir çağırışı dəstəkləyirəm. Amma ilk növbədə qaçqın və köçkünlərimizin öz torpaqlarına geri qayıtmaları, torpaqlarımızın azad olunması önəmlidir”. 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə, əvvəl  Azərbaycan tərəfdən də sülh çağırışı olub: 

“Sülh üçün tərəflərin eyni formada təbliği lazımdır. Necə olur ki, Paşinyanın arvadını bu şəkildə təbliğ edirlər, amma Azərbaycanın sülh çağırışına dəsətk verilmir? Ona görə yanaşma düzgün deyil. Sülhə gəlincə, ilk növbədə Ermənistan Azərbaycana vurduğu maddi və mənəvi zərərini beynəlxalq təşkilatlar qarşısında xalqımızdan üzr istəyərək ödəməlidir. Bu qədər faciələr törədib, torpaqlarımızı zəbt ediblər. Ancaq bu şərtlər altında sülh çağırışı mümkündür. Mənim torpağım gedib, körpələrim qırılıb. Əvvəlcə erməni tərəfi əməllərini etiraf etməlidir”. 

Alçina Amilqızı 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR