Slimfit
  1. AZƏRBAYCAN

Paşinyandan Qarabağ, Moskva, Lukaşenko - Açıqlaması

Paşinyandan Qarabağ, Moskva, Lukaşenko - Açıqlaması
Sakura

Belarus Prezidenti Aleksandr Lukaşenko yalnız özünün cavabları haqqında danışıb, mənim cavablarım barədə…

Belarus Prezidenti Aleksandr Lukaşenko yalnız özünün cavabları haqqında danışıb, mənim cavablarım barədə isə susub.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan deyib. O, qapalı iclasda olan söhbətlərin açıqlanmasını doğru hesab etmədiyini bildirib.

Paşinyan həmçinin Avrasiya İttifaqında qaldırılan məsələlərə yerində tutarlı cavab verdiyini deyib.

Paşinyan Lavrovun fikirlərini də təkzib edib və Rusiya ilə xarici ölkə hərbçilərinin Ermənistandakı biolaboratoriyalarda olmamasına zəmanət verən razılaşmanın müzakirə edilmədiyini bildirib. O, bu məsələnin Serj Sərkisyan hakimiyyəti ilə müzakirə edildiyini vurğulayıb.

Rusiya Xarici İşlər nazirinin müavininin katibi Qriqori Karasinin Ermənistana ABŞ təzyiqləri açıqlamasına cavab olaraq Paşinyan Ermənistanın “müstəqil siyasət” yürütdüyünü söyləyib:

“Mən demişəm ki, Ermənistan müstəqil siyasət yürüdür. Ermənistan bu siyasəti davam etdirəcək”.

İrəvanın ABŞ silahları alması məsələsinə gəlincə isə, Paşinyan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin sadəcə təklif irəli sürdüyünü deyib. O, hazırda ABŞ silahlarının alınmasıyla bağlı hansısa imkan və təklifin görünmədiyini söyləyib.

Paşinyan KTMT-nin baş katiblik məsələsinin Ermənistan üçün ən vacib məsələ olmadığını da bildirib.

Baş nazir əvəzi Dağlıq Qarabağ konfliktinin həllində yeni heç nə olmadığını qeyd edib. O, indiyə qədər heç bir Ermənistan hakimiyyətinin onun hökuməti qədər Qarabağ məsələsində şəffaf olmadığını da bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR