Slimfit
  1. AZƏRBAYCAN

Paşinyandan Qarabağ açıqlaması: Sülhlə cavab verəcəyik

Paşinyandan Qarabağ açıqlaması: Sülhlə cavab verəcəyik
Sakura

Paşinyandan Qarabağ açıqlaması: Sülhlə cavab verəcəyik

Qarabağ münaqişəsi ilə bağlı danışıqların prinsipləri bulanıq olmamalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan “Yerkrapa” Qarabağ müharibəsi könüllüləri ittifaqının qurultayında çıxışı zamanı deyib.

“Madrid prinsiplərinin nə anlama gələ biləcəyini və hansı nəticələrə səbəb olacağını anlamaq vacibdir. Vyana görüşündə bu suala aydın cavab almadım. Yalnız bundan sonra bu prinsiplərin bizim üçün nə dərəcədə qəbul edilən olub, olmadığına cavab verəcəyik”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, bəzən iki ölkənin liderləri eyni otaqda bir neçə saat söhbət edə bilər, ancaq onların sonradan danışdıqları bir-birinin tamamilə əksi ola bilər.

“Vyanadakı görüşdən bizi belə bir qeyri-ciddi vəziyyətə qoymamaq üçün mən əlimdən gələn hər şeyi etdim”, - Paşinyan söyləyib.

Paşinyan Ermənistanın müharibə təhdidlərinə sülhlə cavab verəcəyini iddia edib:

“Müharibə təhdidlərinə sülhlə, ehtiyac olacağı halda isə sülhə məcbur etməklə cavab verəcəyik. Sülhə çağırışa isə hazırlığımızla cavab veriləcək. Bunun üçün çalışmağa hazırıq. Münaqişənin həlli hər kəs üçün qəbuledilən olmalıdır: həm Ermənistan, həm Qarabağ, həm də Azərbaycan xalqı üçün. Mən Azərbaycan prezidentinin də məsələyə bu cür yanaşacağını gözləyirəm”, - Paşinyan qeyd edib.

Paşinyanın fikrincə Qarabağın nümayəndəsi olmadan danışıqlarda məsələnin həllindən başqa hər şeydən danışmaq olar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR