Slimfit
  1. DÜNYA

Paşinyana yol görünür: Onu kim əvəz edəcək?

Paşinyana yol görünür: Onu kim əvəz edəcək?
Sakura

Paşinyana yol görünür: Onu kim əvəz edəcək?

Ermənistan KİV-lərində, sosial şəbəkələrdə və “Telegram” kanallarda Baş nazir Nikol Paşinyana qarşı tənqidlər səslənir. Bu zaman Azərbaycan KİV-lərdə Ermənistan Baş nazirinin fəaliyyətini daim izləyən yayımlanan analizlərdən də istifadə edilir. Paşinyana qarşı neqativlər dalğası gözlənilən idi. O, vədlərinə zidd olan populyar olmayan qərarlar qəbul etməklə xalqın gözləntilərini doğrultmayıb.

Bununla yanaşı, erməni analitik Vardqes Sarqsyan yazır ki, Paşinyan hakimiyyətə yolları bağlamaq yolu ilə gəlib və “qısa hakimiyyət dövrü ərzində xalqın və dövlətin qarşısında bütün qapıları bağladı. Müharibə təhlükəsi olan regionda çətin siyasi vəziyyətdə bu siyasətə nə qədər tab gətirəcəyik və bunu gözləmək üçün resusrlarımız belə çoxdu?”

İndi Paşinyanın özü israfçılığın yolverilməzliyi barədə əvvəlcədən söylədiklərini xatırladır. Lakin bu, Ermənistan Baş nazirinin hakimiyyətə gəldikdən sonra etdiyi işdir. Bir neçə misal gətirək. Oliqarxla müharibə aparan Nikol Paşinyan sentyabrda oliqarxlar Qaqik Tsarukyan və Xaçatur Sukiasyanın uşaqlarının toy mərasimində iştirak edib. 

Ötən il Paşinyan qızının doğum gününü elit restoranlardan birində keçirib və gəzən söhbətlərə görə, burada bir milyon dram (təxminən 2100 dollar - red.) xərcləyib. ABŞ-da yayılan məlumatlarda isə Baş nazirin şəxsi malikanəsi üçün iki milyon dollar xərclədiyi, ailəsinin səyahətinin şəxsi helikopteri ilə dövlət hesabına təşkil edildiyi yazılıb.

Paşinyanın ABŞ-a “Gulfstream G550” təyyarəsi ilə səfəri və geri qayıdışı isə bir milyon dollara başa gəlib. Bahalı laynerin kirayəsi üçün pulları ukraynalı siyasətçi Nestor Şufriç alıb. 

Paşinyan səxavətli təkliflərdən də imtina etməyib. Paşinyanın sabiq siyasi rəqibi, Lfik kimi tanınan oliqar Samvel Aleksanyan Paşinyanın qaynına və “Mənim addımım” fraksiyasının digər üzvlərinə deputatlıqda kömək edib, o, Paşinyanın arvadı Anna Akopyanın idarə etdiyi “Gülüşlər şəhəri” fonduna da maliyyə yardımı göstərib.

“KompromatSNQ” “Telegram” kanalı yazır ki, Akopyanın fondu və şəxsi hesabı Paşinyanın yeni korrupsiya sxeminin əsas hücrəsidir. Bu ilin martında Brüssel tərəfindən bağlı hesabat yayımlayıb. Həmin hesabatda Akopyan və Paşinyana ofşor hesablar vasitəsilə külli miqdarda maliyyə vəsaitləri köçürən oliqarx və məmurların adları yer alıb. Martın 1-ə görə Paşinyanın ailəsi bu yolla 1,5 milyard avro almağı bacarıb. 

Qeyd edilib ki, Paşinyan büdcə hesabına öz siyasi tapşırıqlarını da həll edir: Konstitusiya Məhkəməsinin hakimlərini “ram edir”. “Sputnik Ermənistan” yazır ki, hakimlərə istefa qarşılığında ömürlük yüksək məvacib təklif edilir. 

Ermənistan xalqı isə etirazlarını davam edir.

Media.Az-ın xəbər verdiyi kimi, 2020-ci ilin əvvəlində Avrasiya İqtisadi Birliyinin yeni qaydaları qüvvəyə minir. AİB ölkələrinə ucuz başa gələn işlənmiş avtomobillərin Ermənistana gətirilməsi sərfəli deyil. 

Rusiya Erməniləri Birliyi də Paşinyandan inciyib. Onlar da “inqilabi baş naziri” xüsusən dəstəkləmir. Buna baxmayaraq, oktyabr ayının əvvəlinə qədər hər şey qaydasında idi. Ancaq Paşinyan “Avrasiya qitəsinin tranzit potensialı” forumunun açılışına qatılmaqdan imtina edib, halbuki Rusiya Erməniləri Birliyi mərasimin Baş nazir tərəfindən açılacağı ilə bağlı razılığa gəlmişdi. Ancaq o gəlmədi. 

“Qarabağ klanı” ilə də mübarizə davam edir. Ermənistanın ikinci prezidenti Robert Koçaryan vaxtaşırı xəstəxanaya gətirilsə və bugünlərdə əməliyyat edilsə də, həbsdədir. Eyni zamanda, Qarabağda işğalçı rejimin “təhlükəsizlik şurasının sabiq katibi” Vitali Balasanyan açıq şəkildə Paşinyanın fikizi olaraq uzaqlaşdırılmasının vacibliyini bəyan edib. Bu fikirlər işğal altındakı ərazilərdə səslənsə də, cinayət işinin Ermənistanda başlanmasına çağırış edilib. 

Balasanyan bundan əvvəl də Paşinyanın istefasını tələb edib. Erməni politoloq Stepan Danielyan da onunla razıdır. Bundan başqa, o deyir ki, “Paşinyan asanlıqla istefaya getməyəcək”. Danielyan əmindir ki, belə də olacaq:

“Bizə idarəedici insan lazımdır. Nikol istəsə də, istəməsə də, istefaya getməlidir. Onun sonu çatıb”. 

Nikol Paşinyan artıq xarici dəstəyə etibar edə bilməz. ABŞ uzaqdadır və erməni Baş nazirin ABŞ-a son səfəri o qədər də uğurlu olmayıb. Rusiya isə Paşinyan üçün şəxsən xüsusi tərəfdaş deyil. Eyni zamanda, o da məlum olur ki, erməni Baş nazirin bunu təkzib etməsinə baxmayaraq, Ermənistandakı “məxməri inqilab” Sorosla bağlıdır.

Misal üçün, sentyabrın sonunda erməni hüquq müdafiəçilərindən ibarət bir qrup əməkdaş Ermənistandakı Soros fondunun ofisi qarşısında nərd və şahmat oynayaraq, etiraz aksiyası keçirib. Bununla “hüquq müdafiəçiləri” Soros fondunun əməkdaşlarına dəstəyini ifadə ediblər.

Aksiya iştirakçıları kimlər olub? Paşinyanın komandasında antirusiya mövqeyi ilə məşhurlaşan insanlar olub. Bunlar Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin sədri Artur Sakunts, Gümrüdəki “Asparez” jurnalistlər klubunun rəhbəri Levon Barseqyan, “Məlumatlı Vətəndaşlar Birliyi” proqramının koordinatoru Daniel İoannisyan, Ermənistanın Helsinki Komitəsinin sədri Avetik İşxanyandır. Onlara “Mənim addımım” partiyasının deputatları Mariya Karapetyan, Artur Ovannistyan və Qayane Abramyan qoşulub. 

Bundan başqa, Ermənistanda belə məlumat yayılıb ki, Paşinyan yeni qərbyönümlü partiya yaratmaq istəyir. Ancaq əlbəttə ki, bu, onu Moskvanın gözündə qaldırmayacaq. 

Paşinyan hakimiyyətdə qalmaq üçün nəsə etmək istəyir. Və buna görə də başlanılan istefa seriyası (Milli Təhlükəsizlik Xidmətinin sədri Artur Vanetsyanı xatırlamaq olar) davam edəcək. Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan və Müdafiə naziri David Tonoyan da postlarını tərk etmək niyyətindədir.

Paşinyanın ətrafındakılar bu informasiyaları təkzib etsə də, onlar yenə də yayılır. Oktyabrın 15-də isə Milli Təhlükəsizlik Xidmətinin Dövlət Təhlükəsizliyi idarəsinin rəisi Qriqori Ayrapetovun işdən azad edildiyi məlum oldu. O, bu vəzifəyə “məxməri inqilab”dan sonra təyin edilmişdi. 

Bir müddət əvvəl Ermənistanın “Past” nəşri məlumat yayıb ki, Paşinyan diplomatik siyasətə cavabdeh olanları tamamilə hərəkətsizlikdə ittiham edib. Hər şey investisiyalarla bağlıdır. İnvestisiya bumu vəd edilsə də, Ermənistana gələn pullar azalıb. 

Yuxarıda adı qeyd edilən erməni politoloq Stepan Danielyan sosial şəbəkə və KİV-lərdə Nikol Paşinyana belə sual ünvanlayır: Birbaşa demokratiya haradadır? İctimai nəzarət prinsipi artıq ləğv edildi? 

Erməni analitik Aram Amatuni bir neçə həftə əvvəl belə sual səsləndirdi: çevriliş halında Paşinyanı kim əvəz edəcək? “Hipotetik və ya ümumiləşdirilmiş bir müşahidə ilə çevriliş və ya sui-qəsd halında Paşinyanı əvvəlki hökumət devirəcək”, - Aram Amatuni yazıb.

Onun nəticələrinə görə: sabiq hakimiyyətdən Paşinyanı ya Mikael Minasyan (sabiq prezident Serj Sarqsyanın kürəkəni), ya da Robert Koçaryan (Ermənistanın ikinci prezidenti) əvəz edə bilər. 

Ümumilikdə, Serj Sarqsyan düz deyirdi, Ermənistanda problemli dövr başlayıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR