Dərc edildi: Baxış sayı: 613
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi çox ehtimal ki, Belarus nümayəndəsi…
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi çox ehtimal ki, Belarus nümayəndəsi olacaq.
Azvision.az xəbər verir ki, bu barədə KTMT-nin Astanada keçirilən Kollektiv Təhlükəsizlik Şurasının geniş tərkibli iclasından sonra mətbuata açıqlama verən Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib.
“Ermənistan nümayəndəsi olan Xaçaturovun baş katib postundan geri çağırılması ilə əlaqədar bizim (təşkilat üzvlərinin) mövqelərimizdə kolliziya yaranmışdı. Mən səbəbləri deməyəcəyəm, bu, Ermənistan tərəfinin işidir. Nizamnaməyə uyğun olaraq əlifba sırası ilə Ermənistandan sonra Belarus gəlir. Əlbəttə ki, Ermənistan öz nümayəndəliyinin uzadılmasını istəyir, amma bütün dövlət başçıları eyni mövqedən çıxış edərək bildirdilər ki, cəmi 1 il qalır və Ermənistan bunu çatdırmayacaq. Ona görə də, təşkilata Belarus tərəfinin normal fəaliyyət göstərən baş katibi lazımdır”, – deyə Nazarbayev bildirib.
Qazaxıstan prezidenti vurğulayıb ki, məsələ ilə bağlı yekun qərar KTMT-nin 6 dekabrda Sankt-Peterburqda keçiriləcək iclasında qəbul olunacaq.
Qeyd edək ki, Rusiyanın nüfuzlu “Kommersant” qəzeti KTMT-nin üç ölkəsindəki diplomatik mənbələrə istinadən yazıb ki, təşkilatın baş katibi postuna Belarus Respublikasının Dövlət Təhlükəsizlik Şurasının katibi Stanislav Zasın namizədliyi müzakirə olunur.
Stanislav Zas 1964-ci ildə Ukraynada Çerniqov vilayətində anadan olub. 1985-ci ildə BakıAli Ümumqoşun Komandirləri Məktəbini, 1996-ci ildə Belarus Respublikasının Hərbi Akademiyasını, 2005-ci ildə isə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargahının Hərbi akademiyasını fərqlənmə diplomu və qızıl medalla bitirib. Hərbi elmlər namizədidir.
Xatırladaq ki, Ermənistanda 2008-ci ilin mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Yuri Xaçaturov İrəvanın təşəbbüsü ilə müəyyən olunmuş prosedura əsasən,vaxtından əvvəl KTMT-nin baş katibi vəzifəsindən geri çağırılıb. Bu vəzifənin icrası təşkilatın baş katibinin müavini Valeri Semerikova tapşırılıb.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət