Slimfit
  1. COĞRAFİYA

Paşinyana qarşı daha bir səs yazısı olacaq

Paşinyana qarşı daha bir səs yazısı olacaq
Sakura

Paşinyana qarşı daha bir səs yazısı olacaq

Mənim fikrimcə, plan belə olub. Bu tip səs yazısı yayıldıqdan sonra Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan və Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan istefa verəcək. Bundan sonra mənə və cənab Paşinyana qarşı daha bir səs yazısı peyda olacaq. Yekunda isə belə bir sual yaranacaq: bəs siz niyə istefa vermirsiniz?

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Vətəndaş Müqaviləsi Partiyasının üzvü Alen Simonyan deyib.

“Mən hakimlərə müraciət edərək demək istəyirəm, cəsarətli olun, əgər qanun həbs-qətimkan tədbiri tələb edirsə, o cür də davranın. Mənim fikrimcə, bütün bunları ikinci prezident, onun vəkilləri planlaşdırıb. Orada hələ ki, siyasi komanda nəzərə çarpmır, sadəcə, bəzi vəkilləri görmüşük. Vəkil deyəndə isə məhkəmədə onun hüquqlarını müdafiə edən şəxsləri nəzərdə tutmuram. Vəkil deyəndə hazırda Robert Köçəryanın müdafiəsi ilə məşğul olanları nəzərdə tuturam. İndi onlara başqa heç bir alternativi olmayan Respublika Partiyası da qoşulub”, - Simonyan bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR