Dərc edildi: Baxış sayı: 527
İran Prezidenti Həsən Ruhani və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət, virusa qarşı atılan addımlarla bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər pandemiyaya qarşı beynəlxalq ictimaiyyətin birləşməsi və ikitərəfli əlaqələrin vacibliyini qeyd ediblər.
Həmçinin koronavirus pandemiyasından dolayı məhdudiyyətlərə baxmayaraq, ölkələrin iqtisadi və ticari əməkdaşlığı davam etdirmələrindən dolayı məmnuniyyət ifadə olunub. Siyasətçilər pandemiyadan əvvəl mövcud olan iqtisadi-ticari əməkdaşlığın həcmini artırmağa da hazır olduqlarını bəyan ediliblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət