Dərc edildi: Baxış sayı: 764
Paşinyan Sorosla görüşdən imtina etdi - Qorxudan
Davos Forumuna qədər Corc Soros mənimlə görüşmək arzusunu dilə gətirmişdi, amma mənim çox sıx iş qrafikim ucbatından onun xahişini icra edə bilmədim.
Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O özünün “Sorosun adamı” adlandırılmasıyla bağlı deyilən sözlərdən xəbərdar olduğunu bildirib və bununla razılaşmayıb.
O deyib ki, inqilabı xalq edib və bunu başqalarının adına yazmaq istəyənlər erməni xalqını alçaldır.
Qeyd edək ki, ekspertlər “erməni inqilabı”nın arxasında Corc Sorosun durduğu haqda rəylərin güclənməsindən ehtiyat etdiyi uçun Paşinyanın Sorosla görüşdən yayındığını bildiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət