Slimfit
  1. DÜNYA

Paşinyan Saakaşvili ola bilməz - Akopyan

Paşinyan Saakaşvili ola bilməz - Akopyan
Sakura

Paşinyan Saakaşvili ola bilməz - Akopyan

Ermənistanda nəzarət vasitəsi kimi qorxu atmosferinin təsdiqlənməsinə yönələn klassik faşist rejimi tətbiq olunur.

Axar.az xəbər verir ki, bu sözlər erməni analitik Artak Akopyanın “Zham.am” saytında dərc olunan məqalədə yer alıb. O, Paşinyanın guya Mixail Saakaşvilinin yoluyla gedərək, qorxu atmosferi yaratdığını bildirib:

“Saakaşvilinin öz siyasəti üçün aşağıdakı əsasları vardı:

- O, ölkəni Rusiyanın təsirindən, rus bazalarını Axalkalaki və Batumidən çıxarmağı bacarmışdı;

- Gürcüstan Milli Təhlükəsizlik Xidməti Georqvadzenin qaçışından sonra Moskvanın təsirindən çıxarılmış, Saakaşvili tərəfindən ABŞ və Türkiyənin kəşfiyyat sistemlərinə inteqrasiya olunmuşdu;

- Gürcü ordusu NATO standartlarına uyğunlaşdırılmışdı;

 

- Gürcüstan iqtisadiyyatının əsas hissəsi, xüsusilə enerji və rabitə sektoru Moskvanın təsirindən çıxarılmışdı”.

Akopyan Saakaşvilinin uğurunun səbəblərinin cəmiyyətin Moskvaya münasibəti, Azərbaycan və Türkiyə tərəfindən 2008-ci il savaşında Tiflisin dəstəklənməsi və digərlərinin olduğunu söyləyib:

“Başqa səbəb ABŞ-dan pulsuz yardım xəttinin açılması oldu – bunun sayəsində Tiflis Bakı-Ceyhandan qazanc əldə etdi. Məsələn, Tiflis bu boru kəmərindən 10 il ərzində 4,5 milyard dollar qazanıb. Səbəblər sırasına Gürcüstanın əlverişli coğrafi şəraitini də əlavə etmək olar. Bu ərazi daimi olaraq Türkiyə və Azərbaycanın marağını cəlb edir ki, bu da Saakaşvilinin uğur qazanmasına yardım etdi”.

Saakaşvilini “faşist” adlandıran Akopyan Paşinyanın onun qədər dəstəkçisi olmadığını və buna görə də edəcəyi istənilən cəhdin əks reaksiya doğuracağını vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR